Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.
Bizim.Media-nın məlumatına görə, bu barədə N.Məhərrəmlinin özü məlumat verib.
Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O, həmçinin 2003-2020-ci illər ərzində şuranın sədri vəzifəsində çalışıb. (Report)
Bizim.Media