Azərbaycanda həbs edilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi – RƏSMİ AÇIQLAMA

Öz qanunsuz əməlləri ilə əmək və məşğulluq sahəsində dövlətin həyata keçirdiyi siyasətə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi yerli icra hakimiyyəti orqanının vəzifəli şəxsinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq aparılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluq yayıb.

Mənbə bildirir ki, aparılmış istintaqla Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsinin rəisi vəzifəsində işləmiş Şaban Şəfiyevin öz vəzifə səlahiyyətlərinin icrası zəminində tabeliyində çalışan Anar Mirzəyev, rayon sakinləri Şəyyar Əliyev, Amil Məmmədov və Xoşbəxt İsrafilovun köməkçiliyi ilə ümumilikdə 15 nəfərdən ibarət ayrı-ayrı şəxslərin həmin müəssisəyə işə qəbul olunmasına dair yalan məlumatları rəsmi informasiya resursuna daxil etməklə 3 min 800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, həmin şəxslərin iş yeri olması ilə bağlı yalan məlumatlar əsasında onlara ümumilikdə 20 min 900 manat məbləğində ünvanlı dövlət sosial yardımın ayrılmasına və bununla da, büdcə vəsaitinin təyinatından kənar xərclənməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib. 

Bundan başqa, Şaban Şəfiyevin istintaqın gedişində tutduğu vəzifədən azad edilməsinə baxmayaraq, qısa müddətdə rəsmi möhürün özündə olmasından istifadə edərək gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə ümumilikdə 8 nəfər şəxslə Lənkəran şəhər Yaşıllaşdırma Müəssisəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaratmaqla rəsmi sənəd hesab edilən əmək müqavilələri və əmrlərin imzalanmasına nail olmasına, bununla da bilə-bilə saxta sənədlərdən istifadə edib cinayət işi üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Şaban Şəfiyev Cinayət Məcəlləsinin 294.3 (ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 313 (vəzifə saxtakarlığı), 320 bilə-bilə saxta rəsmi sənədlərdən istifadə etmə) maddələri, Anar Mirzəyev, Şəyyar Əliyev, Xoşbəxt İsrafilov və Amil Məmmədov isə həmin Məcəllənin 32.5,311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət almağa köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Şaban Şəfiyev barəsində məhkəmənin qərarı ilə barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə, cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SU İÇMƏK hər zaman xeyirli deyil

SU İÇMƏK hər zaman xeyirli deyil

Bələdiyyə sədri vəfat etdi

Bələdiyyə sədri vəfat etdi

Aygün Kazımovanın ifası ağsaqqalı belə COŞDURDU - VİDEO

Aygün Kazımovanın ifası ağsaqqalı belə COŞDURDU - VİDEO

Məşhur güləşçi karyerasını yekunlaşdırdı

Məşhur güləşçi karyerasını yekunlaşdırdı

Hindistan səfiri Banqladeş XİN-ə çağırıldı

Hindistan səfiri Banqladeş XİN-ə çağırıldı

Ançelotti Braziliyada qalmaq istəyir

Ançelotti Braziliyada qalmaq istəyir

Basketbol Liqası: “Abşeron Lions” “Neftçi”yə qalib gəldi

Basketbol Liqası: “Abşeron Lions” “Neftçi”yə qalib gəldi

Ukraynada azərbaycanlı hərbçi həlak oldu

Ukraynada azərbaycanlı hərbçi həlak oldu

Bakı-Ələt yolunda dəhşətli qəza: Böyük tıxac var - VİDEO

Bakı-Ələt yolunda dəhşətli qəza: Böyük tıxac var - VİDEO

“Trabzonspor” - “Beşiktaş” oyununda qalib müəyyənləşmədi - VİDEO

“Trabzonspor” - “Beşiktaş” oyununda qalib müəyyənləşmədi - VİDEO

Kadırov: “Putin dəstək versə, yenidən namizədliyimi irəli sürəcəm”

Kadırov: “Putin dəstək versə, yenidən namizədliyimi irəli sürəcəm”

Fərhad Məmmədov: “Aİ hansı “erməni məhbuslarından” bu qədər qayğı ilə danışır?!”

Fərhad Məmmədov: “Aİ hansı “erməni məhbuslarından” bu qədər qayğı ilə danışır?!”

Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü

Yeniyetmə sevgilisinin anasını və onun iki uşağını öldürdü

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

End of content

No more pages to load

RADİO