Paytaxtda daha 3 məktəbdə ənənəvi dərslər bərpa olundu 

Martın 30-da paytaxtdakı 102, 248 nömrəli tam orta məktəblərdə və 246 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, 102 və 248 nömrəli tam orta məktəblərdə, 246 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVID-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi.

Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir.

Sağlamlığına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.

Ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində həyata keçirilən mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

“Fənərbağça”nın prezidenti SAXLANILDI

“Fənərbağça”nın prezidenti SAXLANILDI

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

22 ildir kollecə rəhbərlik edən direktor vəzifəsindən AZAD EDİLDİ

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

"Təmiz Dünya" sığınacağında uşaqlar üçün bayram şənliyi təşkil olunub - FOTO

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

“Atletiko”nun müdafiəçisi “Osasuna”ya KEÇİR

Şəkidə 729 abonentin qazı kəsiləcək

Şəkidə 729 abonentin qazı kəsiləcək

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Ağadadaş Ağayev səhnədə ƏSƏBİLƏŞDİ - VİDEO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Prezidentin ailəsi 5 nömrəli internat məktəbini ziyarət etdi - FOTO

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

Yağlı pendir və qaymaq demensiya riskini AZALDIR

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

“Karvan-Yevlax”ın qış hazırlıq planı müəyyənləşdi

Prezidentin doğum günündən AİLƏ FOTOSU

Prezidentin doğum günündən AİLƏ FOTOSU

İlham Əliyev: “Düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub” - VİDEO

İlham Əliyev: “Düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub” - VİDEO

Bakıda bəzi lazer mərkəzlərindən həyəcan təbili çalınır - VİDEO

Bakıda bəzi lazer mərkəzlərindən həyəcan təbili çalınır - VİDEO

End of content

No more pages to load

RADİO