Səfirlikdən Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı açıqlama - FOTO

Türkiyənin Azərbaycandkı səfirliyi aprelin 1-dən etibarən Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı məqamları açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, 10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb və məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Azərbaycanla bağlı bəyanat yaydı - Aprelin 1-dən reallaşır


Bu protokolun qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə digərinin ölkəsinə 90 gün müdətlik vizasız turistik səyahət edə biləcək.

"Şəxsiyyət vəsiqəsi ilə səyahət zamanı Azərbaycan vətəndaşlarının Türkiyəyə girişində, Türkiyə vətəndaşları isə Türkiyəni tərk edərkən onlara iki dildə "Giriş-Çıxış Forması" veriləcək ki, bu Fomada giriş-çıxış ştampları qeyd olunacaq.

Hər iki ölkə vətəndaşları həmin "Giriş -Çıxış Forması"nı Türkiyədə və Azərbaycanda olduqları müddətdə özləri ilə gəzdirməli və giriş-çıxış zamanı sərhəddə müvafiq səlahiyyətlilərə şəxsiyyət vəsiqəsi ilə birgə təqdim etməlidir", səfirlik qeyd edib.

Səfirlik bildirib ki, Azərbaycana yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edən Türkiyə vətəndaşları şəxsiyyət vəsiqələrini itirdiyi təqdirdə geri qayıtmaq üçün lazım olan müvəqqəti pasporta müraciət edərkən fotoşəkil və şəxsiyyət vəsiqəsinin nömrəsi olan başqa bir sənəd təqdim etməlidir.

"Yeni nəsil şəxsiyyət vəsiqəsindən səyahət sənədi olaraq yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səyahətlərdə istifadə etmək mümkündür. Üçüncü ölkələrdən Türkiyəyə və ya Azərbaycana gələrkən pasport istifadəsi məcburidir.

Yaşayış icazəsi müraciəti zamanı yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə edilə bilməz.

Türkiyədə və ya Azərbaycanda 90 gündən çox qalmaq istəyən vətəndaşlar qalmaq istədikləri müddətdən 60 gün daha çox etibarlılıq müddəti olan pasportlarla qalmaq icazəsi üçün müraciət edə bilərlər.

Azərbaycana daxil olan bütün xarici vətəndaşlar bu ölkədə on beş gündən çox qalmaq niyyətində olduqları təqdirdə, Dövlət Miqrasiya Xidmətinə ünvan barədə məlumat verməlidir. Azərbaycanda 15 gündən çox qalacaq Türkiyə vətəndaşları da bu tələbi vaxtında yerinə yetirməlidir.

Səfirlik açıqlamasında vurğulayıb ki, COVID-19 epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun 2021-ci ilə qədər uzadılıb.

 

Xüsusi karantin rejiminin qüvvədə olduğu dövrdə yalnız Azərbaycanda yaşamaq üçün icazəsi olan və ya yaxın qohumu (valideyn, arvad, övladı) Azərbaycan vətəndaşı olan xarici vətəndaşların Azərbaycana girişinə icazə verilir.


Bu sahəyə daxil olmayan xarici vətəndaşlar Azərbaycana gəlməzdən əvvəl Azərbaycan Nazirlər Kabinetindən ölkəyə giriş icazəsi almalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

Milyonları göyə sovurdu, zibilyığan oldu - Fotolar

TƏCİLİ: “JEK”lərlə bağlı QƏRAR VERİLDİ

TƏCİLİ: “JEK”lərlə bağlı QƏRAR VERİLDİ

Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Prezidentlə xanımını kövrəldən çıxış: “Möhlət arzulamışdım” – VİDEO

Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

Başörtülü qadın Paris metrosunda TƏHQİR EDİLDİ

Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO

Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO

Daha 4 kəndə NÖVBƏTİ KÖÇ - FOTO

Daha 4 kəndə NÖVBƏTİ KÖÇ - FOTO

İlham Əliyevdən təyyarə faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyevdən təyyarə faciəsinin ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

BİZİM TƏQVİM:25 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 dekabrda baş vermiş tarixi hadisələr

Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

Zidan oğlunu Mərakeşdə tribunadan izlədi

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

48 yaşlı qadın dərmandan ZƏHƏRLƏNDİ

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

ETSN ilə BMT arasında gələcək fəaliyyət istiqamətlərinə dair müzakirələr aparıldı - FOTO

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Ronaldonun komandası qrup mərhələsini darmadağınla BAŞA VURDU

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bənövşəyi qidaların sağlamlığa faydaları AÇIQLANDI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bu futbolçunun “Fənərbağça”ya transferi BAŞ TUTMADI

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Bakının bəzi yerlərində QAZ OLMAYACAQ

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Röya ŞİKAYƏTLƏNDİ: “Şəbnəmin ad günündə o qədər adam səhnəyə çıxdı ki…” - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

Sosial şəbəkələrdə "az yatır, çox götür" şüari ilə DƏLƏDUZLUQ - VİDEO

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

“Mançester Siti” bu futbolçu üçün danışıqlara başlayacaq

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri bilindi

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

Əməkdar artist AĞLADI: “Oğlum atasını görməyib…” - VİDEO

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından bir il ÖTÜR

“Fənərbağça”nın prezidenti SAXLANILDI

“Fənərbağça”nın prezidenti SAXLANILDI

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Emin Ağalarov Prezidentin doğum günü ilə bağlı paylaşım etdi - FOTO

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO