Qərbi Azərbaycan Xronikası: “Qaraçantada qalan məktəbli çantamı mütləq gedib axtaracam” - VİDEO 

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib. 

Bizim.Media xəbər verir ki, “Arada 35 illik ayrılıq olsa da doğma kəndimizə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonunun Qaraçanta kənd sakini Pərvanə İbrahimovanın həyat hekayəsinə həsr olunub. 

Amasiya rayonu 1930-cu ildə təşkil olunub. Ağbaba-Şörəyel mahalında 21 min əhali yaşayıb ki, onun 18 mini məhz azərbaycanlılar olub. Rayonun ümumi 27 kəndi olub, onun 21-də azərbaycanlılar, 5-də ermənilər, rayon mərkəzində isə qarışıq yaşayıblar. 

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb və deyib ki, kəndimiz Hülley dağının ətəyində yerləşib: “Kəndimiz 3 hissəyə bölünürdü. Bizim evimiz Orta məhəllədə yerləşirdi. Buz kimi bulaqlarımız var idi, oradan evimizə su aparırdıq. 
Onun sözlərinə görə, Qaraçantada cəmi 11 il yaşayıb: “Mən 1988-ci ildə 3 ay 7 gün məktəbimizdə dərsə gedə bildim. Ona görə 11 yaşlı xatirələrim  mənim üçün həm əziz, həm doğma və eyni zamanda, unudulmaz, daşlaşmış xatirələrdi və müqəddəsdir. 

P.İbrahimova uşaq vaxtı oynadıqları oyunlardan, əriştə kəsimi mövsümündən, maraqlı toy adətlərindən, qədim peçeniklərə aid 5-6 metr olan sal daşların üstündə gəzməklərindən, təbii xına hazırlamaqlarından və Novruz bayramının xüsusi gözəlliyindən söz açıb.

Orta məktəbi heç vaxt unutmadığını və sinif otaqlarını daim yadında saxladığını deyən Qaraçanta sakini bildirib ki, əgər yenidən doğma kəndimə, Ağbaba-Şörəyel mahalına qayıtmaq imkanım olsa, Gümrünün yolu ilə gedib Çələb kəndindən öz kəndimizi uzun müddət tamaşa edər, qaça-qaça məktəbimizə gedər, sinif otağımıza baxaram: “Kəndin qəbiristanlığında atamın nənəsinin məzarını, Seyidlər tayfasının kümbəzini ziyarət edərəm. Bizim bir çox nişanəmiz qalan ata  evimizə gedərəm. Mənim orada məktəbli çantam da qaldı və mütləq gedib orada o çantamı axtararam”. 

O deyib ki, 1988-ci ilin fevral ayından etibarən artıq dükanlara, mağazalara heç bir ərzaq gəlmirdi, vəziyyət get-gedə gərginləşirdi, yollar bağlanmışdı: “1988-ci il dekabrın 7-də Spitak zəlzələsi baş verdi. Ermənilərin başı öz işlərinə qarışdı. Belə bir vaxtda artıq yollar açıldı. Atam Gəncədən 2-3 ailəyə bir yük maşın gətirmişdi. Əşyalarımızın toplanması səhnəsi çox ağrılı idi. 1988-ci ilin dekabrın 12-də biz öz kəndimizdən çıxdıq, 6 saat Qaraxaç yolunda qaldıq. Altı saatdan sonra Gürcüstan yolu ilə Qazağa gəldik və sonra biz Gəncə şəhərində məskunlaşdıq”. 

P.İbrahimova sonda ümidvar olduğunu bildirib ki, dünyada ocaqdan isti heç nə yoxdu. Ermənilər bizim ocağımızı söndürdülər, amma ümidimizi söndürə bilmədilər. O ümid var və biz mütləq öz doğma kəndimizə qayıdacağıq və 11 yaşlı daşlaşmış Qaraçanta xatirələrimi daha yeni xatirələr əvəz edəcək”. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. 

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə: 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

End of content

No more pages to load

RADİO