Az əvvəl Suraxanı rayonu Hövsan qəsəbəsində qəza baş verib.
Bizim.Media xəbər verir ki, məlumatı “Hövsan- Hövsan” səhifəsi yayıb.
Qəza qəsəbədə yerləşən 76 nömrəli orta məktəbin arxa hissəsindəki küçədə baş verib. Qəza nəticəsində avtomobil qaz tənzimləyici şkafa dəyib. Nəticədə qaz xətti birləşmə yerindən qopub. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Qəzanın baş vermə səbəbi kimi sürət həddinin yüksək olduğu göstərilir. Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.
Qəza səbəbindən qəsəbənin bəzi ərazilərində qazın verlişində dayanmalar olduğu da vurğulanıb.
Alçina Amilqızı, Bizim.Media