Aprelin 1-dən icbari tibbi sığortanın tətbiqinə başlanılır — Proses belə olacaq

Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.

Bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi altında təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların Qəbul şöbələrinin bazasında Təcili Yardım şöbələri yaradılıb, xəstələrin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.

Qeyd olunub ki, yuxarıda qeyd olunan ərazilərdəki tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, kompüter avadanlıqları ilə təchizatı və internetə çıxışın təmin olunması üzrə işlər aparılır.

"İcbari tibbi sığortanın məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılır. Qəbul və qeydiyyat şöbələrinin işçilərinə tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirilir.

Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır.

Habelə, vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.

Əlavə olaraq bildirək ki, aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət etməlidir.

İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqəsi aiddir. Burada vətəndaşlar ərizə dolduraraq ailə həkimini seçməlidir. Ailə həkimini seçərək vətəndaş tibb müəssisəsinə təhkim olunur.

Ailə həkiminin müayinə və müalicəsindən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ailə həkimi tərəfindən ixtisaslı həkimə göndəriş verilir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edən vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlana bilir", - məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Daha bir təyyarə qəzası - Ölənlər var

Daha bir təyyarə qəzası - Ölənlər var

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

SON DƏQİQƏ! Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı AXTARIŞA VERİLDİ

Tovuzda maşın aşdı - Sürücü öldü

Tovuzda maşın aşdı - Sürücü öldü

Masazırın bu ərazilərində sakinlər işıqsız qalacaq

Masazırın bu ərazilərində sakinlər işıqsız qalacaq

Ucuz təyyarə BİLETİNİN SİRRİ - Həftənin hansı günləri almaq daha sərfəlidir?

Ucuz təyyarə BİLETİNİN SİRRİ - Həftənin hansı günləri almaq daha sərfəlidir?

Avro, rus rublu bahalaşdı – MƏZƏNNƏ

Avro, rus rublu bahalaşdı – MƏZƏNNƏ

Qusarda YANĞIN

Qusarda YANĞIN

Filipp Kirkorov axtarışa verildi

Filipp Kirkorov axtarışa verildi

Tramp BBC-ni məhkəməyə verib: 5 milyard dollar təzminat tələb edir

Tramp BBC-ni məhkəməyə verib: 5 milyard dollar təzminat tələb edir

Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI

Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI

Eyni ayaqqabını hər gün geyinməyin – XƏBƏRDARLIQ

Eyni ayaqqabını hər gün geyinməyin – XƏBƏRDARLIQ

Bu ərazidə işıq KƏSİLƏCƏK

Bu ərazidə işıq KƏSİLƏCƏK

Su Ehtiyatları Agentliyi əhaliyə müraciət etdi

Su Ehtiyatları Agentliyi əhaliyə müraciət etdi

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alındı - Valideyn həbs edildi

Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alındı - Valideyn həbs edildi

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın

Limitli tariflər dövrü bitir? – Önəmli AÇIQLAMA

Limitli tariflər dövrü bitir? – Önəmli AÇIQLAMA

End of content

No more pages to load

RADİO