Ağstafa rayonunda oğurluqla məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində iki evdən 3 min manat məbləğində pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Dağkəsəmən kənd sakinləri S.Əmirov və V.Böyükkişiyev tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media