Qazaxda 6 məktəb koronavirusa görə bağlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Operativ Məlumat Mərkəzi” Telegram kanalı yayıb.
Mənbə Qazax rayonunda bir məktəb direktorunun da rəhmətə getdiyi yazıb. Qazax Şəhər Təhsil Şöbəsi APA-ya açıqlamasında xəbəri təsdiq edib.
Bildirib ki, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib.
Qeyd edək ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.
Bizim.Media