Koronavirusa görə bağlanan 4 məktəb açıldı

Martın 29-dan Bakıdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilən karantin müddəti başa çatıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dərslərin başlanmasında anlaşılmazlıq – “Bu, fors-major haldır” 


Qeyd edək ki, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 274 nömrəli tam orta məktəbdə çalışan 4 müəllimin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVİD-19 testi pozitiv çıxdığına görə məktəblərdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi.

Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli tam orta məktəb kollektivinin və şagirdlərin COVİD-19 infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdirilib.

"Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir.

Sağlamlığına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər", - idarədən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

İt sahibi olmaq sağlamlığa FAYDALIDIR

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

Əməkdar artist arxiv görüntüsünü PAYLAŞDI: “O günü yaxşı xatırlayıram…” - FOTO

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

İngiltərə klubunun sabiq futbolçusu VƏFAT ETDİ

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

“Ukraynanın prezident seçkisi keçirmək üçün maliyyəsi yoxdur” - Podolyak

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

Sumqayıtda “Chevrolet” yanaraq kül oldu - VİDEO

İkardi “Qalatasaray”dan gedir?

İkardi “Qalatasaray”dan gedir?

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

"Ulduz" metrosunun yaxınlığında yol təmiri nə vaxt yekunlaşacaq? - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

“Ailəmlə bağlı paylaşım etməyi özümə yaraşdırmıram” - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Moskva və Moskvaətrafı ərazilərdə güclü qar xəbərdalığı edilib - VİDEO

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Birinci Liqa: “Şəfa”dan növbəti qələbə

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

Bu süd məhsulu yaşlanmanı ləngidə bilər - ARAŞDIRMA

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

İsrail ordusu Misirlə sərhəddə PUA-lar ələ keçirdi

Balakəndə orta məktəb binasında yanğın olub

Balakəndə orta məktəb binasında yanğın olub

“Karvan” bu legionerlə yollarını ayırdı

“Karvan” bu legionerlə yollarını ayırdı

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ukrayna ordusu Dnepropetrovskda 5 kəndə nəzərəti bərpa edib

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

Ev almaq üçün rieltora 20 min manat verən vətəndaş aldadıldı - İDDİA/VİDEO

“Turan Tovuz” da Türkiyəyə GEDİR

“Turan Tovuz” da Türkiyəyə GEDİR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Alimlər xərçəngə qarşı pəhriz HAZIRLADILAR

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Leyla Quliyeva: “Özümü qəhrəman kimi hiss edirdim…” - VİDEO

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Avropada ən çox driblinqi kim edib?

Avropada ən çox driblinqi kim edib?

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Gürcüstanın sabiq müdafiə naziri SAXLANILDI

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO

End of content

No more pages to load

RADİO