Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan sərnişin, 1994-cü il təvəllüdlü Məmmədov İsmayıl Etibar oğlu əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan Bakıda yerləşən tibb mərkəzlərinin birinə gətirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Bizim.Media