Əlindəki bağlamanı suya atıb qaçdı - Lənkəran sakininin hərəkəti polisdə şübhə yaratdı - REAL KADRLAR

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitənin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, İdarənin xidməti ərazisi olan Lənkəran şəhərindəki eyni adlı çayın sahilində naməlum şəxsin şübhəli hərəkətləri və mütəmadi olaraq qeyd edilən yerə gedib-gəlməsi polis əməkdaşlarının diqqətini cəlb edib.

Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb və onun hərəkət trayektoriyası öyrənilib.

Su polisləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən şəxs çayın sahilində torpağın altında qazılaraq basdırılan bir ədəd bağlamanı götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman saxlanılıb.

Qeyd edək ki, saxlanılan zaman həmin şəxs əlindəki bağlamanı suya ataraq hadisə yerindən qaçmağa cəhd göstərsə də, polislər tərəfindən onun bu hərəkətinin qarşısı alınıb.

Polis İdarəsində araşdırma aparılan zaman həmin şəxsin İmişli rayon sakini Mahir Süleymanov olduğu məlum olub.

Onun əlindəki bağlamaya baxış keçirilərkən 4 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 7 kiloqram 155 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan xarici ölkələrdən birində yaşayan tanışının vasitəsi ilə əvvəlcədən gizlədilən yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Mahir Süleymanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

Kiyev rus dilinin təsirini azaltmaq üçün XÜSUSİ ŞURA yaradır

İsrail yenə Livanı BOMBALADI...

İsrail yenə Livanı BOMBALADI...

End of content

No more pages to load

RADİO