İsrailin Azərbaycadakı səfiri Corc Dik həyat yoldaşı ilə birgə uşaq sığınacağında olublar.
Bizim.Media xəbər verir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində paylaşım edilib.
“Novruz ailə və dostlar arasında qeyd olunan bir bayramdır. Bu il Səfir Corc Dik və həyat yoldaşı Anna məişət zorakılığı yaşayan qadın və uşaqlar üçün sığınacağa baş çəkərək onların Novruz bayramını təbrik etdilər- deyə yazılıb.
Bizim.Media