Hacıqabul rayon Udlu kənd sakinləri Moderator.az-a müraciət edərək, kəndin Pirsaat çayı üzərindəki körpüsünün təhlükəli vəziyyətdə olması ilə bağlı şikayət ediblər. Belə ki, kəndə elə bu körpü vasitəsi ilə gəlib-gedən kənd sakinləri körpünün uçma təhlükəsi altında olduğunu bildirirlər. Aidiyyəyi qurumlar isə nədənsə problemlə maraqlanmır.xa0
Qeyd edək ki, təxminən on min əhalinin yaşadığı Udlu kəndi əsasən narçılıqla məşğul olur.


İndi kəndən nar daşıyan yük maşınları körpünün qəzalı vəziyyətdə olması ilə əlaqədar olaraq kəndə girə bilmir. Sakinlər məcbur olub becərdikləri məhsulu bir neçə klometr qət edərək balaca maşınlarla gətirib körpüdən keçirir və sonra yük maşınlarına yükləyirlər. Hələ dörd il bundan öncə kəndə çəkilən keyfiyyətsiz asfalt yolun da artıq dağıldığı bildirilir. Elə həmin vaxt körpünün təmir olunacağını sakinlərə vəd verən səlahiyyətli şəxslər nədənsə sözlərinə dönük çıxıblar.xa0
Sakinlərin redaksiyamıza yolladığı körpünün fotolarını təqdim edirik.