Vətən müharibəsinin xronikası: 12 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bizim.Media 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

Müharibənin 16-cı günü

• Azərbaycan Ordusu bütün cəbhəboyu əməliyyat üstünlüyünü qoruyub. Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Ordumuzun mövqelərinə hücum etməyə cəhd göstəriblər.

Həyata keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya bölməsi Hadrut qəsəbəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə hərbi texnikasını döyüş mövqelərində qoyub qaçıb. Qırmızı Bazar istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin yeraltı sığınacağı dağıdılıb. 

• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib.

• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Süleymanlı kəndinin videogörüntülərini paylaşıb.

• Ermənistan ordusuna məxsus üç pilotsuz uçuş aparatını Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri məhv ediblər.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək 41 mülki şəxs həlak olub, 207 nəfər xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb.

• Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

End of content

No more pages to load

RADİO