Bakının “minalanmış” çimərliyi imdad diləyir – Nazirlik sahibsiz zolağa baş vuracaqmı? - REPORTAJ 

Çimərlik mövsümünün açılmasına təxminən 2 ay vaxt qalıb. Hər il mövsümqabağı çimərlik üçün ayrılan əksər dəniz sahilləri hazırlıq vəziyyətinə gətirilir. Bəzi çimərliklərdə isə durum acınacaqlılığı ilə yadda qalıb.

Söhbət Hövsan çimərliyindən gedir. İllərdir tamamilə diqqətdən və baxımsızlıqdan kənar qalan Hövsan çimərliyinə nəzarətsizlik davam edir.

Dəfələrlə aidiyyəti qurumlara çimərliyin real durumu barədə fotofaktlarla üz tutsaq da, səlahiyyətlilər acınacaqlı mənzərəni görməzdən gəlirlər. 

Ünvanımız bu dəfə də Hövsan çimərliyidir. Əlbəttə ki, bu dəhşətli mənzərəyə çimərlik demək mümkündürsə... Nəfəsi dağıdacaq qoxu və üfunət səbəbindən əraziyə daxil olmaq mümkünsüzdür.  

Çirkab suların dənizə axıdılması, sahilboyu məskən salan məişət tullantılarının, göydə uçuşan boş sellofan və kapron şüşələrin çimərliyə bir başqa “zövq” verməsi gözümüzdən yayınmır.

Vəhşi varlığın məharətlərinə tamaşa etdikcə, zibillənən və ləkələnən ecazkar Xəzər sahilini bu yad cisimlərdən tez bir zamanda azad etməyin yollarını axtarırıq. Kaş ki, əlimizdə olsa...

Addımladıqca, ürəkyanğısı ilə izlədiyimiz mənzərəyə təslim oluruq. Sanki bu sahilin altı üstünə çevrilib. Yer yarılıb, bölünən parçalar yenidən birləşdirilib və sahilə dönüşüb.

Hövsanda Xəzər sahili son illər ərzində həddindən artıq çirklənməyə məruz qalıb və hazırda bu ərazi çimərlik kimi istifadə olunacaq durumda deyil. Hər il çimərlik mövsümü yaxınlaşdıqca, həmin sahilin baxımsız və bərbad durumda qalması ciddi narahatlıq doğurur. Ənənəvi olaraq sözügedən çimərliyə üz tutan insanlar hazırkı dəyişməyən acınacaqlı mənzərəni gördükləri üçün Hövsan çimərliyində istirahətdən haqlı olaraq imtina edirlər. Bunu onlarla söhbətimizdə və çimərlik boyu müşahidələrimizdə də sezdik...

Qarşılaşdığımız daha ciddi problemlərlə üz-üzə qalırıq. Xəzərin suyu xeyli çəkilmiş, qoxulu yosunlar sahili başına götürmüşdü. Vaxtilə istirahət üçün tikilmiş və eyvanı dənizə çıxan yay kafesi sahildə qalmışdı. İndi o eyvandan yalnız sahilə baxmaq mümkündür.

Əlbəttə ki, təbii proses deyib, yolumuza davam edirik. Bu dəfə daha eybəcər mənzərə ilə rastlaşırıq.

Sahili başına götürən iri və köhnə borular, sanki minalanmış kələ-kötür yer ayağımızın altından qaçaraq iyrəncləşən Xəzər sahili üçün imdad diləyirdi... Anladıq ki, bu çimərliyin kanalizasiya ilə birbaşa təması var...

Vaxtilə sahilboyu dincələn cütlükləri və “qaynaşan” yeniyetmələr də gözə dəymirdi. Dözülməz duruma tamamaşa etməmək üçün evdə tıxanıb qalmışdılar. Biz isə dəniz havasına sığınaraq, qayğılı sahildən uzaqlaşdıq. Zatən başqa seçənəyimiz də yox idi... 

Xatırladaq ki, ötən illərdə də dənizə yaxın yerləşən bütün kanalizasiya boruları ərazidən çıxarılaraq daşınmışdı.

Həmin vaxt da bu məsələyə toxunmuşduq. Boruların çıxarılması prosesi hələ də davam edir. Maraqlıdır ki, illərdir boruların hansı səbəbdən çıxarılması və hara daşınması ilə bağlı maraqlanan yoxdur. Aidiyyəti dövlət qurumlarımızın bu reallığı görməzdən gəlmələrinin isə bəlli bir səbəbi var... 

Gördüyümüz mənzərə əvvəlki illərdəki prosesi xatırlatdı və anladıq ki, cavabdeh qurumlar öz xidməti vəzifələrini bilərəkdən yerinə yetirmirlər. 

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin sahibsiz qalmış zolağına, konkret desək, Hövsan sahilinə də baş vuracaq. Yoxsa, bu baxımsız çimərlik sahibsiz, xəstə və vəhşi heyvanların məskəninə çevriləcək...

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Restoranlarda QR-kodlar təhlükəlidir?

Restoranlarda QR-kodlar təhlükəlidir?

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Ən yaxşılar BƏLLİ OLDU: "Bavariya", "Arsenal"...

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Kofe əhvalı yüksəldir - Elm SÜBUT ETDİ

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

Xatirənin bu görüntüləri TƏNQİD OLUNDU - FOTO

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı HƏDƏFİ

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Dövlət qurumlarının balansında olan dörd avtobus və 25 avtomobil hərraca ÇIXARILIR

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

Bakıda bağçada yayılan görüntülər müzakirələrə səbəb oldu - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

QALMAQAL: “Vəfa çox yalançıdır!” - VİDEO

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Gəncədə 61 yaşlı qadın evində ölü TAPILDI

Avropanın rəmzi komandasında kimlər var?

Avropanın rəmzi komandasında kimlər var?

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Prezidentin dünya çempionu ilə səmimi dialoqu: "Sən hələ yarışırsan?" - VİDEO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub - FOTO

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“ABŞ Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanətləri təklif edib” - Zelenski

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

“Neftçi”nin sabiq baş məşqçisi bu ölkədə ÇALIŞACAQ

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

Leyla Əliyeva "Euronews"a MÜSAHİBƏ VERDİ - VİDEO

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

“ASAN Xidmət”də İNSİDENT: Mühafizəçi ilə əlbəyaxa olub pilləkəndən yıxıldılar

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

İlham Əliyev: "Dedim ki, sən yığmadan yaxşı oynayırsan" - VİDEO

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Real Alaba ilə bağlı QƏRAR VERDİ

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Arayikgilin məhkəməsində məhkəmə baxışı başa çatdı - FOTO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Telli efirdə QƏZƏBLƏNDİ: “Axı sən kimsən?!” - VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının mükafatlandırma mərasimində - FOTO

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Göygöldə AĞIR QƏZA - 3 nəfər xəsarət aldı

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

Prezident: "Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır”

End of content

No more pages to load

RADİO