''Postlar qurulub ki, ərəblər orada hərəkət etməsinlər'' - Nazirlikdən quş ovuna AÇIQLAMA 

"Bir neçə gündür sosial şəbəkələrdə, mətbuatda Qax rayonunun Acınohur ərazisində ərəb turistlər tərəfindən qanunsuz ov hallarına yol verilməsi, heyvanlarla rəhimsiz rəftarla bağlı məlumatlar yayılıb. Bununla bağlı ilk olaraq bildirmək istəyirəm ki, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti, buna icazələrin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətləri xaricindədir".

Bizim.Media xəbər verir ki, bunu açıqlamasında Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Hikmət Əlizadə bildirib ki, digər xarici ölkə vətəndaşları kimi, Ərəb ölkələrindən insanlar Azərbaycan gələ və istirahətini təşkil edə bilər.

Amma o başqa məsələdir ki, istirahətin təşkili zamanı ölkə qanunvericiliyinin pozulması baş verərsə, bu zaman müvafiq orqanlar öz səlahiyyəti daxilində hərəkət etməlidir və bunun qaşısını almalıdır:

"Bu məlumatlar da bizə daxil olanda araşdırma apardıq və məlum oldu ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. 

Araşdırmanın gedişatında bir neçə gün əvvəl ərəb turistlərin həmin ərazisində heyvanlarla rəhimsiz rəftarla bağlı məlumat daxil oldu və buna görə cərimə edildilər.

Dünən mətbuatda məlumatlar yayıldı ki, həmin ərazidə hətta ov aparıblar. Fakt qismən müəyyən edildi.

Onu da qeyd edim ki, sosial şəbəkələrdə bir sıra köhnə dövrlərə məxsus olan, hətta ərazisi belə müəyyən edilməyən foto və videolar yayılıb. İddia olunur ki, bunlar həmin ərazisinə lentə alınıb.

Bir faktı deyim ki, hazırda quşların miqrasiya dövrü bitib və buna görə onların sayı ölkədə azdır.

Amma bəzi faktlar öz təsdiqini tapdı və iki ərəb turist 4 min manat civarında cərimələndilər.

Hazırda bizim tərəfimizdən, onların yasaqlıq ərazisində hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb. Ərazidə müxtəlif yerlərdə tərəfimizdən postlar qurulub ki, onlar orada hərəkət etməsinlər. Bu barədə araşdırmalarımız davam etdiriləcək. Fürsətdən istifadə edib bu məlumatları ötürən şəxslərə öz təşəkkürümü bildirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

İmişlidə kişi dəm qazından boğularaq həyatını itirib

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Xaçmazda ana xəstəxanaya GETMƏDİ – Körpəsi ölü doğuldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

Bakıda uşaq xəstəxanasında BİABIRÇILIQ - Sistem şlanqı tapılmadı, valideyn gecə aptekləri gəzməli oldu

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

“Gələn il Azərbaycanda vəkillərin sayı 3 mini ötəcək”- Anar Bağırov

Sabah Bakıya qar YAĞACAQ

Sabah Bakıya qar YAĞACAQ

İranda zəlzələ olub

İranda zəlzələ olub

“iPhone Fold” belə olacaq - FOTO

“iPhone Fold” belə olacaq - FOTO

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Hindistanlı miqrantların Rusiyaya KÜTLƏVİ AXINI – Soydaşlarımızı nə gözləyir?

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha bir marşrut üzrə avtobuslar YENİLƏNİR

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Daha iki rayonda heyvan bazarları fəaliyyətə başlayıb – FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Ağdərənin Vəngli kəndinə növbəti köç - FOTO

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Türkiyə bu tarixdə Ermənistanla sərhədi aça bilər

Qurban Qurbanov onun satılmasını istəmir

Qurban Qurbanov onun satılmasını istəmir

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Ebru Gündeşin keçmiş həyat yoldaşı SAXLANILDI - SƏBƏB...

Google istifadəçilərinə ŞAD XƏBƏR

Google istifadəçilərinə ŞAD XƏBƏR

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

ABŞ Milli Təhlükəsizlik Strategiyasını AÇIQLADI – Çinə sərt MESAJ

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Yorğunluqdan ciddi XƏSTƏLİYƏ – Daha çox gənclərdə müşahidə olunur

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

Baş prokuror: “Azərbaycanın vəkillər institutunda xeyli inkişaf var”

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

"HəmÜrək" xeyriyyə yarmarkası keçirilib – FOTO

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Zırpaket satan daha 20 nəfər saxlanılıb

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Türkiyədə təyyarə qəzasında həlak olan generalların nəşi Liviyaya yola salınıb - FOTO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Kiyevdə yaşayış binasına dronunun düşmə anı – VİDEO

Bu instituta direktor təyin edildi

Bu instituta direktor təyin edildi

Gündə neçə naringi yeyə bilərsiniz?

Gündə neçə naringi yeyə bilərsiniz?

End of content

No more pages to load

RADİO