Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin təsisatlarında görüşlər keçirib

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Kamal Cəfərov Cenevrədə BMT-nin insan hüquqları və qaçqınlar üzrə məsul təsisatlarında görüşlər keçirib. 

İcmadan Bizim.Media-ya bildirilib ki, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, millət vəkili Kamal Cəfərov Cenevrədə QAİ-nin nümayəndəsi qismində BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsində Ermənistanın dövri hesabatının təqdimatı sessiyasında iştirak edib və İcmanın alternativ hesabatını təqdim edib.

İcmanın hesabatında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparmasından və geri qayıtmaq hüququ da daxil olmaqla onların İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt ilə qorunan hüquqlarını sistematik şəkildə pozması halları barədə məlumat verilir. 
K.Cəfərov səfər zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İcraiyyə Komitəsinin, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının və “Cenevrə Geostrateji Observatoriyası” təşkilatının məsul şəxsləri ilə görüşlər keçirib.

Görüşlərdə Kamal Cəfərov Ermənistandan azərbaycanlıların qovulması barədə məlumat verərək onların beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq geri qayıdış hüquqlarının təmin edilməsinin zəruriliyindən bəhs edib. İcmanın nümayəndəsi, həmçinin Qərbi Azərbaycan İcması barədə məlumat verərək təşkilatın tarixçəsi, fəaliyyət məqsədləri, o cümlədən, bu ilin əvvəlində qəbul etdiyi Qayıdış Konsepsiyasından bəhs edib.

Kamal Cəfərov İcmanın repatriasiya və reinteqrasiya məqsədləri olduğunu, bu sahədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ilə əməkdaşlığın əhəmiyyətinin Qayıdış Konsepsiyasında da vurğulandığını dilə gətirib. O, UNHCR-ın İcma ilə əməkdaşlığa başlanması, Bakı ofisi ilə həyata keçirilən təmasları xatırladaraq bu əməkdaşlığın davam etməsindən məmnunluq duyulduğunu bildirib. 

K.Cəfərov, həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığını Ermənsitandan qovulmuş azərbaycanlıların hüquqları ilə yaxından məşğul olmağa çağırıb. 
Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər və insan hüquqları, humanitar hüquq mövzusunda əməkdaşlıq imkanları müzakirə edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

End of content

No more pages to load

RADİO