Qarabağ qaziləri arasında gərginlik yaradılır - Bunu edən kimlərdir? - FOTO

Bir qrup Vətən müharibəsi iştirakçısı arasında qarşıdurma yaranıb. Buna səbəb isə Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında tikilən qanunsuz ev göstərilir. Maraqlıdı, bir neçə ay öncə düşmənə qarşı çiyin-çiyinə vuruşan silah yoldaşları indi nəyə görə üz-üzə gəliblər?

Bizim.Media-nın məlumatına görə, müharibə iştirakçıları arasında qarşıdurmanı uzun müddətdir Maştağa və Buzovna qəsəbələrinin ərazisində neft mədənindəki boş torpaqları zəbt edib, qanunsuz tikinti işləri aparan Azər Cəbrayılov və ətrafındakı dəstəsi yaradıb.

 

MÖVZU İLƏ BAĞLI:

Şəhid ailələrinə verilən mənzilləri Polad Həşimovun anası təqdim etdi - FOTO 


Onun qanunsuz əməlləri barədə mətbuatda bir neçə geniş araşdırma təqdim olunub. Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir.

Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.

Bu şəxslər 2-3 min manat qarşılığında qanunsuz “gecəqondu” tikintinin başa çatdırılmasını, heç bir dövlət qurumunun müdaxilə etməyəcəyini, bir sözlə “hər şey bizlikdi” deyib bütün məsuliyyəti öz üzərlərinə götürürlər.

Neft mədəninin mühafizəçiləri qanunsuz tikintinin dayandırılmasını tələb etdikdə isə onlar hay-küy salıb münaqişə yaradırlar və guya Qarabağ əlillərinin döyüldüyünün görüntüsünü yaratmağa çalışırlar.

 

Vətən, dövlət, bayraq sevgisindən ağızdolusu danışan İlyas və Zavur Vətən müharibəsi zamanı hamının həyəcanla cəbhədən şad xəbərlər gözlədiyi bir vaxtda eyni taktika ilə Balaxanıda qanunsuz evlər tikib satmaqla məşğul olurdu.


Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin “böyük” oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq.

Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.

Lakin neft sənayesi obyektlərinin mühafizəsi ilə məşğul olan SOS şirkətinin əməkdaşlarının da əksəriyyəti Vətən müharibəsi iştirakçısıdır. Təkcə bir neçə gün əvvəl 53 müharibə veteranı işlə təmin olundu.

Belə olan halda tərəflər arasında mübahisə qaçılmaz olub. Mühafizəçilər “biz də qaziyik, biz də Vətən yolunda canımızdan keçmişik, amma bunu əlimizdə bayraq edib heç bir qanunsuz əmələ göz yumulmasını istəmirik” deyərək qanunsuz tikinti işlərinin dayandırılmasını tələb ediblər.

Qeyd edək ki, qanunsuz tikintinin aparıldığı sahə H.Z. Tağıyev adına NQÇİ-nin 3 saylı mədən ərazisində, 1220 saylı işlək neft quyusundan cəmi 20 metr məsafədə yerləşir.

 

Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır. Əvvəla, intensiv neft çıxarılan ərazilərdə radiasiya fonu normadan dəfələrlə yüksək olur və belə yerlərdə uzun müddət yaşamaq xərçəng xəstəliyinin yaranma riskini artırır.


Bundan başqa, mədən ərazilərində hər an yanğın-partlayışlar baş verə bilər ki, bu da neft quyularının bir neçə metrliyində yaşayan insanların həyatı üçün təhlükə yaradır. Bütün bunlar nəzərə alınaraq mədən ərazilərində məskunlaşma qanunla qadağan edilib.

Ancaq dəllalıqla məşğul olan mütəşəkkil dəstələr neft mədən ərazilərini zəbt edərək, məlumatsız vətəndaşlarla satmaqla minlərlə insanın təhlükəli şəraitdə yaşamasına səbəb olurlar. (baku.ws)

Bizim.Media





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mançester Siti" liderliyə yüksəldi

"Mançester Siti" liderliyə yüksəldi

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

Səməd Seyidovun adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta açıqlama YAYILIB

End of content

No more pages to load

RADİO