Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid Nadir Nadirlinin qız övladı doğulub.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib. Atasının vəsiyyətinə uyğun olaraq körpəyə Nadya adı qoyulub. Körpə atasının doğum günündə dünyaya göz açıb.
Qeyd edək ki, şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Bizim.Media

