Ermənistan minalanan ərazilərin xəritələrini vermək istəmir - Beynəlxalq qurumlara şikayət edildi 

Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistanın minalanmış ərazilərin xərtələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamalıdır. 

 

MÖVZU İLƏ BAĞLI:

''Rusiya Ermənistana minalanmış ərazilərin xəritəsinə görə təzyiq göstərməlidir'' - Korotçenko


Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan əraziləri ciddi şəkildə mina problemi ilə üz-üzə qalıb.

Son 4 ay ərzində 40-dək mülki şəxs işğal altındakı ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olmuş və ya ağır yaralanmışlar.

Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir.

Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir.

 

Minalar erməni hərbi birləşmələri tərəfindən daha çox hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, kanal ətrafı, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlara, çay kənarlarına, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir.


İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ANAMA-nın məlumatlarına görə minalanmış ərazilərdə bəzən 1kv.m ərazidə 10-dan yuxarı mina aşkar edilir.

Belə bir həssas dönəmdə bəzi beynəlxalq qurumlar, gizli ölüm saçan mina təhlükəsini deyil, 10 noyabr 2020-ci il tarixdəki bəyanatın ardından Azərbaycanın işğaldan azad edilmiş ərazilərində insan tələfatı ilə nəticələnən təxribatlar törədən, münaqişənin həllini bilərəkdən pozmağa çalışan erməni hərbi birləşmələrinin əməllərinə haqq qazandırmağa çalışır.

Beynəlxalq təşkilatları Ermənistan tərəfinin əsassız və münaqişəni yenidən qızışdırmaq, beynəlxalq birlik arasında ədavəti alovlandırmaq kimi provokativ tədbirlərinə deyil, regionda barışın, sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməsinə səssiz qalmamağa çağırırıq".

Müraciəti BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafis Səfixanov, “Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək" İB-nin sədri Məmmədhəsən Həsənov ünvanlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə CƏLD EDİLDİ

Bu il 1218 nəfər sosial adaptasiya məqsədilə məşğulluq tədbirlərinə CƏLD EDİLDİ

"Mançester Siti" liderliyə yüksəldi

"Mançester Siti" liderliyə yüksəldi

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? - Həkim AÇIQLADI

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

“ABŞ Kamboca və Taylandın atəşkəsə nail olmasını alqışlayır” - Rubio

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Pezeşkian: “İran Qərb və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir”

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşasını izlədilər - FOTO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Kürdəmirdə yeni il hazırlıqları başa çatıb - VİDEO

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Bellinqem üçün sərvət ödəməyə HAZIRDIRLAR

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Hacıkənddə yolun buz bağlaması qəzaya səbəb oldu

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Şeremetyevo və Vnukovo aeroportlarında məhdudiyyətlər TƏTBİQ EDİLİB

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Qərb bölgəsində hava kəskin DƏYİŞDİ: Dağlıq ərazilərdə güclü qar yağır - FOTO/VİDEO

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Zelenski: “Ukraynanın bərpası üçün 700–800 milyard dollar lazımdır”

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Orxan xanımına qurduğu biznesdən DANIŞDI: “Gözləyirdi ki, acından ölməliydik…” - VİDEO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ - FOTO

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdilər - FOTO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

Putin HƏDƏLƏDİ: “ Kiyev bütün məsələləri sülh yolu ilə həll etmək istəmirsə…” - VİDEO

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

"Başımı bağlamağımı istəsə, onu da edərəm"

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Putin: “Rusiya Kiyev hakimiyyətinin başladığı müharibəni bitirməyə çalışır”

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Ronaldo dubl etdi, komandası qələbə seriyasını QORUDU

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

Pensiya yaşı dəyişəcək - Bu tarixdən...

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

"Nəvəmin şəklini paylaşıb özümə izləyici yığacağam" - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Tayvan sahillərində güclü zəlzələ BAŞ VERDİ - VİDEO

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

Zirkzeyə "Roma"dan TƏKLİF GƏLDİ

End of content

No more pages to load

RADİO