Alen Simonyanın Dublindəki böhtan dolu çıxışını qınayırıq - Qərbi Azərbaycan İcması

“Biz Ermənistan parlamentinin sədri Alen Simonyanın Avropa Şurası parlament rəhbərlərinin İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Konfransında etdiyi yalan və böhtan dolu çıxışını qınayırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

"Əzabkeş cildinə girərək, “timsah göz yaşı” axıdan A.Simonyan öz çıxışında guya Ermənistanın demokratiya və insan hüquqlarına bağlı olduğu və bu səbəbdən də xarici təzyiqlərlə üzləşməsi təəssüratı yaratmağa çalışmışdır.

Xatırlatmaq istərdik ki, Ermənistanda heç vaxt demokratik və qanunun aliliyinə hörmət edən quruluş olmayıb. 2018-ci ildə əvvəlki cinayətkar rejimi çevriliş yolu ilə devirmiş hazırkı hökumət ideologiyası və siyasi xətti baxımından öz sələflərindən qətiyyən fərqlənmir.
Müharibə caniləri Koçaryanın və Sarqsyanın millətçi və ksenofob ideologiyası, total etnik təmizləmə və ərazi ekspansiyası siyasətinin əlamətləri hələ də qalmaqdadır. “Qarabağ Ermənistandır. Nöqtə”, “Yeni ərazilər uğrunda yeni müharibə” deyən, 2020-ci il məğlubiyyətindən dərs çıxarmayıb Qarabağa silah-sursat, əsgər göndərən, Qarabağ üçün “beynəlxalq mexanizm”dən dəm vuran, ordusunun qalıqlarını Azərbaycandan çıxarmaqdan imtina edən Paşinyan hökumətinin əməlləri hələ yaddaşlardadır.

İndi bu hökumətin azı sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və sülhdən danışması, onun səmimi şəkildə peşman olub haqq yoluna gəlməsi ilə bağlı deyil, Azərbaycan tərəfinin beynəlxalq hüquq çərçivəsində atdığı qətiyyətli addımlar sayəsində mümkün olmuşdur.

Qarabağ bölgəsinin erməni sakinlərinin re-inteqrasiyası üçün bütün şəraiti yaratmış Azərbaycanı “etnik təmizləmə”də əsassız şəkildə ittiham etmək əvəzinə Simonyan, niyə Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlının qalmaması və Ermənistanın onların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasına imkan verməməsinə dair izahat verməlidir.

Nəhayət, vurğulamaq istərdik ki, insan hüquqlarından dəm vuran A. Simonyanın II Qarabağ müharibəsində öz torpaqlarını Ermənistan işğalından azad edərkən həlak olmuş azərbaycanlı hərbi qulluqçuların fotolarını öz sosial şəbəkə hesablarında təhqiramiz ifadələr işlədərək yaymasını unutmamışıq.

Biz Ermənistan tərəfindən xarici dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyi, davamlı sülh üçün yaranmış fürsəti lazımınca dəyərləndirməyi və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik", - bəyanatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Elbrus dağında kanatın qırılması ilə 25 nəfərlik alpinist qrupu dərəyə düşdü - VİDEO

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

Məcburi köçkünləri təhqir edən aparıcının verilişi də bağlandı - İşdən ayrıldı

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

“Mançester Siti” bu futbolçu ilə müqaviləni UZATDI

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Polşa ordunu modernləşdirir, könüllülər CƏLB EDİR

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bu bürclər tezliklə sevgiləri ilə QARŞILAŞACAQ

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Bir sıra avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Xırdalanda çoxmərtəbəli binada YANĞIN: Sakinlər təxliyə edildi - FOTO

Çin ABŞ-a NOTA VERDİ

Çin ABŞ-a NOTA VERDİ

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Nuri Şahin bu klubun baş məşqçisi oldu

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Bakıda 10 yaşlı uşaq İTKİN DÜŞDÜ

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Ukrayna PUA-ları Ufada neft emalı zavoduna DÜŞDÜ - VİDEO

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Daşbulağa yola salınan köç karvanı kəndə ÇATDI

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Nikah yaşına çatmayanları evliliyə məcbur edənləri hansı CƏZA GÖZLƏYİR?

Millimiz yarımfinalda UDUZDU

Millimiz yarımfinalda UDUZDU

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

Zakir Həsənov Pakistan tərəfinə BAŞSAĞLIĞI VERDİ

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

End of content

No more pages to load

RADİO