Bu axşam Bakı qırmızı rəngə boyanacaq – Gözlər Qız Qalasında! - FOTO

Bu axşam saat 20:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri qırmızı  rəngə boyanacaq.

Ümumdünya Səhiyyə Təşkilatının Dünya Vərəm günü ilə bağlı şüarları binaların üzərində nümayiş olunacaq.

Bizim.Media xəbər verir ki, bu tikililərə Bakı Olimpiya Stadionu və 12-ci əsrin tarixi memarlıq abidəsi olan “Qız Qalası” aiddir.  

 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Bakının məşhur tikililəri qırmızı rənglə işıqlandırılacaq


Belə bir təşəbbüsün həyata keçirilməsində  məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. 

Qeyd edək Stop TB (“Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyasını keçirir. 

Xatırladaq ki, vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir.

Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Hər gün dünyada 700 uşaq vərəm səbəbiylə həyatını itirir, bu da o deməkdir ki, hər üç dəqiqədə bir uşaq vərəmdən dünyasını dəyişir.

2020-ci ilin əvvəllərində bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə dünyada bir qədər çətinləşib.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

"Məni Merilin Monroya bənzədirlər"

"Məni Merilin Monroya bənzədirlər"

SON DƏQİQƏ: Tramp Putinlə telefonla danışdı - FOTO

SON DƏQİQƏ: Tramp Putinlə telefonla danışdı - FOTO

Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışdı

Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışdı

Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

Bakının bu küçəsində tıxac aradan qaldırılacaq? - VİDEO

Bakının bu küçəsində tıxac aradan qaldırılacaq? - VİDEO

Ağ Evin hamilə qalan mətbuat katibi Trampa təşəkkür etdi

Ağ Evin hamilə qalan mətbuat katibi Trampa təşəkkür etdi

Moldovada da “Rus Evi” bağlanır - Azərbaycan bu addımı ilin əvvəlində atıb

Moldovada da “Rus Evi” bağlanır - Azərbaycan bu addımı ilin əvvəlində atıb

Toy etməyə hazırlaşanlar bu xəbərə çox da sevinməyəcək - 2026-cı ildə dəyişir

Toy etməyə hazırlaşanlar bu xəbərə çox da sevinməyəcək - 2026-cı ildə dəyişir

Macarıstanın xarici işlər naziri: Biz miqrant istəmirik

Macarıstanın xarici işlər naziri: Biz miqrant istəmirik

ŞOK: Polşada bomba sığınacaqları tikilir - Rusiya hücuma keçəcək?

ŞOK: Polşada bomba sığınacaqları tikilir - Rusiya hücuma keçəcək?

Bu ölkədə fırtına - 160 mindən çox ev elektriksiz qaldı

Bu ölkədə fırtına - 160 mindən çox ev elektriksiz qaldı

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Zelenski: “Ukrayna qoşunlarını geri çəkməyə hazırdır, amma...”

Zelenski: “Ukrayna qoşunlarını geri çəkməyə hazırdır, amma...”

ABŞ Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verəcək?

ABŞ Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verəcək?

Naxçıvana 35 santimetr qar yağıb

Naxçıvana 35 santimetr qar yağıb

Tom Kruzun 19 yaşlı qızı - FOTO

Tom Kruzun 19 yaşlı qızı - FOTO

Qonşu ölkədə azərbaycanlılar yaşayan kənddə zəlzələ oldu

Qonşu ölkədə azərbaycanlılar yaşayan kənddə zəlzələ oldu

Şuşada mövsümün İLK QARI - FOTO

Şuşada mövsümün İLK QARI - FOTO

Maneələrə çırpılan avtomobilin mühərriki yandı - ANBAAN VİDEO

Maneələrə çırpılan avtomobilin mühərriki yandı - ANBAAN VİDEO

Lukaşenko hokkey matçı zamanı buz arenasında yıxıldı - VİDEO

Lukaşenko hokkey matçı zamanı buz arenasında yıxıldı - VİDEO

End of content

No more pages to load

RADİO