Abşeron rayonunun Fatmayı kəndində yanğın olub.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media