“Şou-biznesdən tanışları görəndə utanırdım” – Teleaparıcı etiraf etdi - VİDEO

Teleaparıcı Lətafət Ələkbərova uğursuz ailə həyatından sonra çətin günlər yaşadığını, mağazada satıcı işlədiyini deyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə ARB kanalında yayımlanan “Onun sirri” verilişində söz açıb.

“Qızım bir yaşında idi. İşdən uzaqlaşmışdım, heç yerdə işə qəbul oluna bilmirdim. Qara bir xəttə düşmüşdüm.

Neynirdim, işlərim getmirdi. Çox çətinlik çəkirdim, hətta uşağa qida, süd ala bilmirdim. İşımızı kəsirdilər, susuz qalırdıq. Düzdür, ailəm cüzi dəstək ola bilirdi. Mən ətrafa özümü yazıq kimi göstərə bilməmişəm. Bir neçə dostum kömək edirdi, ancaq insanın özü də qazanmalı idi.

O dövrdə banklara da borcum var idi. Bir avtomobilim var idi. Məcbur olaraq satdım, bir hissəsi ilə borclarımı qaytardım, bir hissəsi ilə ticarətlə məşğul oldum.

O vaxt heç bir telekanalda iş tapa bilmirdim, iki il çox əziyyət çəkdim. Uşağım da körpə idi, yemək, geyinmək istəyirdi.

Ticarət mərkəzlərinin birində kirayə mağaza götürüb alt geyimləri satmağa başladım. O zaman taksiyə verəcəyim pulu da yığırdım. Bir ticarət obyektindən mal alıb həmin mağazada satırdım, xaricə getməyə imkanım yox idi. Hər gün uşağı da, yeməyini də götürüb mağazaya gəlirdim, satıcıya nəzarət edirdim, çünki mən olmasaydım, iş getmirdi.

Orada şou-biznesdən olan tanış şəxslər var idi. Onları görəndə utanırdım. Çünki mən 2000-ci ilin əvvəllərində ulduz olmuşdum, böyük layihələrim olmuşdu.

O layihələrdən sonra uğursuz ailə həyatımın ardınca çox böyük bir eniş yaşadım, sıfıra düşdüm. Bax, o dönəmdə mən ticarətlə məşğul oldum”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi – FOTO

Vətən Müharibəsi Qəhrəmanının anası vəfat etdi – FOTO

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

Biləsuvar və Lənkəran sakinlərinin nəzərinə!

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Alyona Əliyevadan paylaşım – VİDEO

Alyona Əliyevadan paylaşım – VİDEO

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

Bayram günlərində ölkəmizdə hava necə olacaq?

Bayram günlərində ölkəmizdə hava necə olacaq?

Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Bəxtiyar Əliyevə AĞIR İTKİ

Bəxtiyar Əliyevə AĞIR İTKİ

Tramp Netanyahudan bunu xahiş etdi

Tramp Netanyahudan bunu xahiş etdi

DYP bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət etdi

DYP bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət etdi

Venesuelada narkotik daşıyan təyyarə vuruldu

Venesuelada narkotik daşıyan təyyarə vuruldu

2025-ci il hansı qiymət artımları ilə YADDA QALDI? – ARAŞDIRMA

2025-ci il hansı qiymət artımları ilə YADDA QALDI? – ARAŞDIRMA

Bakı-Sumqayıt şosesində TIXAC VAR

Bakı-Sumqayıt şosesində TIXAC VAR

Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub – VİDEO

Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub – VİDEO

Trampla Netanyahunun görüşü başa çatdı

Trampla Netanyahunun görüşü başa çatdı

Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Tramp:"ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir"

Tramp:"ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir"

İnfantino: "FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı"

İnfantino: "FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı"

Bakıda evlərdən 2 meyit TAPILDI

Bakıda evlərdən 2 meyit TAPILDI

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

End of content

No more pages to load

RADİO