“Səs Azərbaycan" müsabiqəsinin qalibi, müğənni Emiliya Yaqubovanın son paylaşımı maraqla qarşılanıb.
Bizim.Media xəbər verir ki, o, bayram süfrəsi üçün hazırladığı Paytaxt salatının fotosunu İnstagram səhifəsində yayımlayıb.
Müğənni postunu "Klassik rus salatı ( Paytaxt salatı)" sözləri ilə şərh edib. İfaçının paylaşımını bəyənən izləyiciləri isə ona xoş sözlərini yazıblar.
Qeyd edək ki, azərbaycanlı iş adamı ilə ailə quran müğənni Londonda yaşayır.
Bizim.Media
