"Paşinyan Zəngilana yol çəkir, mən də hər dəfə eşidəndə ürəyim partlayır. Əzrayıla hər gün deyirəm ki, mənim canımı alma, qoy bu torpaqlar alınsın, mənim canımı orada alarsan. Mən öz torpaqlarımı istəyirəm.”
Bir neçə il əvvəl Yaşar dayı məhz bu çıxışı ilə məşhur olmuşdu.
Bizim.Media xəbər verir ki, Zəngilanın Hüseynbəyli kənd sakini Yaşar Səfərli bu dəfə öz doğma el-obasındakı görüntüləri ilə gündəmə gəlib.
Y.Safərli 28 ildən sonra ilk dəfə doğma yurduna gedib. Zəngilandakı evini ziyarət edən, həyətlərindəki torpaqdan götürən Yaşar kişi kövrək anlar yaşayıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media