Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində hələki müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İ.İsrafilov vurulub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Masallı Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bizim.Media