Bu gün Azərbaycana yaz fəsli daxil olacaq.
Bizim.Media xəbər verir ki, yaz ölkəmizə martın 20-də yerli vaxtla saat 13:37-də qədəm qoyacaq.
Qeyd edək ki, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Bu gün gecə ilə gündüz bərabərləşir.
Bizim.Media