Britaniya ştammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, yeni ştammlar bütün dünyaya yayılır.
"Necə ki, ilkin ştamm yayılıb, digərləri də yayılacaq. Hətta fantastik bir şey də deyim ki, Britaniya ştammına uyğun olaraq yerli Azərbaycan ştammı da yayıla bilər”.
Prezidentin köməkçisi qeyd edib ki, test istənilən ştammı müəyyən edir.
Bizim.Media