Evini qumarxanaya çevirdi, şikayət etdilər - VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində qanunsuz olaraq fəaliyyət göstərən qumarxanalar aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əməliyyat tədbirlərindən biri paytaxtın Xətai rayonu ərazisində baş tutub. 

Baş İdarəyə vətəndaş Rəşad Rzayevin yaşadığı evdə kartla qumar oyunlarını təşkil etdiyi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib.

Əməliyyat nəticəsində təşkilatçı ev sahibi Rəşad Rzayev, həmçinin orada qumar oynayan daha 5 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Evə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda milli və xarici valyuta, eləcə də, iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb. 

Baş İdarə əməkdaşlarının paytaxtın Suraxanı rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə Qaraçuxur qəsəbəsində restoranlardan birində gizli şəkildə qumar oyunlarının təşkil edildiyi məlum olub.

Əməliyyat nəticəsində obyektin sahibi Elmar Hüseynovun işçiləri Anar Həsənov və Tural Həsənzadə ilə birlikdə həmin məkanda qumar oyunları təşkil etdikləri müəyyən edilib.

Obyektə baxış zamanı kartlar, qumar oyunlarına qoyulan külli miqdarda pul vəsaiti və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Adları sadalanan şəxslərlə bərabər orada qumar oynayan daha 9 nəfər saxlanılaraq Baş İdarəyə gətiriliblər. 

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, qumar oyunlarını təşkil edən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs və digər növdən olan qətimkan tədbirləri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Bu il 500 min ev sənədləşdiriləcək

Bu il 500 min ev sənədləşdiriləcək

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

"Disney"ə milyardlarla dollar qazandırdı

"Disney"ə milyardlarla dollar qazandırdı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Tovuzda göldən qadın meyiti TAPILDI

Tovuzda göldən qadın meyiti TAPILDI

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

Vətəndaşların DİQQƏTİNƏ! Bu qanunlar artıq qüvvədədir – SİYAHI

Vətəndaşların DİQQƏTİNƏ! Bu qanunlar artıq qüvvədədir – SİYAHI

29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə nə qədər sərnişin daşınıb?

29-31 dekabr tarixlərində paytaxtdan bölgələrə nə qədər sərnişin daşınıb?

Kapustin sağdır – 500 min dollarlıq gizli əməliyyat ifşa olundu

Kapustin sağdır – 500 min dollarlıq gizli əməliyyat ifşa olundu

Həyat yoldaşı ilə arxiv fotosunu paylaşdı

Həyat yoldaşı ilə arxiv fotosunu paylaşdı

Saatlardır qaz kartlarına pul yükləmək olmur

Saatlardır qaz kartlarına pul yükləmək olmur

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

Yutubda süni intellekt kanalları 63 milyard baxış toplayıb

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Bu ölkədə güclü ZƏLZƏLƏ oldu

Manana KÖVRƏLDİ: “Efirdən ona görə uzaqlaşdım ki…” - VİDEO

Manana KÖVRƏLDİ: “Efirdən ona görə uzaqlaşdım ki…” - VİDEO

End of content

No more pages to load

RADİO