Daha 40 şəhid ailəsinə və müharibə əlilinə mənzil verildi - FOTOLAR

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2018-ci ilə nisbətən bu il 5 dəfəyə yaxın genişlənəcək. 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması tədbirində bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev də iştirak edib.

Nazir müavini yeni mənzillə təmin edilən şəhid ailələrini və müharibə əlillərini bu münasibətlə və qarşıdan gələn Novruz bayramı ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib.

Dövlət başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə yaxın 5 ildə həmin kateqoriyadan olan 11 min şəxs mənzillə təmin ediləcək.

H.Abdullayev diqqətə çatdırıb ki, 2021-ci ilin planı üzrə artıq 140 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. İndiyədək isə şəhid ailələri və müharibə əlillərinə 9300-dək mənzil və fərdi ev verilib. Həmçinin müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir.

Nazirlik tərəfindən onlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600, 2020-ci ildə 400 və ümumilikdə indiyədək 7200-dən çox avtomobil verilib.

Nazir müavini postmüharibə dövründə şəhid ailələri, müharibə iştirakçıları, müharibədə yaralanmış hərbçilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlərlə bağlı çevik və genişmiqyaslı sosial dəstək tədbirlərini də qeyd edib. Həmin tədbirlərin artıq 20 mindən çox vətəndaşı əhatə etdiyini diqqətə çatdırıb.

İ.Zəkiyev şəhid ailələri və müharibə əlillərinin dövlət başçısı tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını bildirərək deyib ki, bu gün yeni mənzillər verilməsi bunun daha bir təzahürüdür.

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə əlilləri onlarla bağlı həyata keçirilən geniş sosial dəstək tədbirlərindən, bu gün onlara yeni mənzillər verilməsindən razılıqla bəhs edərək, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi

Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi

Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Məşhur türk serialları yayımlanmayacaq

Məşhur türk serialları yayımlanmayacaq

Fədayə Tacirin adını göməzdən gəldi - VİDEO

Fədayə Tacirin adını göməzdən gəldi - VİDEO

Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Qızı ilə foto paylaşıb bunları yazdı

Qızı ilə foto paylaşıb bunları yazdı

Müflis olmuş bankın aktivlərinin satışı daha 5 il ƏDV-dən azad edilib

Müflis olmuş bankın aktivlərinin satışı daha 5 il ƏDV-dən azad edilib

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Bu il 500 min ev sənədləşdiriləcək

Bu il 500 min ev sənədləşdiriləcək

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

"Disney"ə milyardlarla dollar qazandırdı

"Disney"ə milyardlarla dollar qazandırdı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Tovuzda göldən qadın meyiti TAPILDI

Tovuzda göldən qadın meyiti TAPILDI

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

Lənkəranda ev YANDI

Lənkəranda ev YANDI

End of content

No more pages to load

RADİO