“GESCO” mühafizə şirkəti 150 nəfər qazi əməkdaşını mükafatlandırdı - FOTOLAR

“GESCO” Açıq Səhmdar Cəmiyyəti Vətən müharibəsində iştirak edən 150 nəfər əməkdaşını mükafatlandırıb.

ASC-dən Bizim.Media-ya verilən məlumata görə, müharibə iştirakçıları şirkət tərəfindən diplom və pul mükafatı ilə təltif olunublar.

Mükafatları qazilərə təqdim edən “GESCO” ASC-nin direktoru Anar Cəlilov müharibə iştirakçıları olmuş əməkdaşlarına göstərdikləri qəhrəmanlığa, şücaətə görə təşəkkürünü bildirib.

Söyləyib ki, qazilərimizə maddi və mənəvi olaraq daim dəstək veriləcək: 

“Biz, Siz qazilərə bir ömür böyü borcluyuq. Bu borcumuzdan çıxmaq üçün nə etsək, yenə də azdır. Sizlərin timsalında digər qazilərimizə də əlimizdən gələn dəstəyi göstərəcəyik”.

Anar Cəlilov onu da qeyd edib ki, belə tədbirlər tez-tez təşkil olunacaq və qazilərimizlə birlikdə fikir mübadiləsi və müzakirələr aparılacaq:

“Çünki biz, işçilərimizin daha həvəsli və sağlam şəkildə fəaliyyətlərini davam etmələrini istəyirik. Bunun üçün zəruri olan bütün dəstəyi verməyə hazırıq”.

Şirkət direktoru II Qarabağ savaşı zamanı döyüşdə olan əməkdaşların əməkhaqqlarının da hər ay ailələrinə ödənildiyini qeyd edib:

“Eyni zamanda döyüşlər zamanı yaralanan 30 nəfər əməkdaşımızın müalicə və müayinə xərclərini öz üzərimizə götürmüşük. Onların ehtiyacı olduğu müddətdə bu yardımlar davam edəcək”.

Qeyd edək ki, “GESCO”, fiziki mühafizənin təmin edilməsi ilə məşğul olan və müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir.

26 may 2005-ci il tarixində təsis edilən “GESCO”, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini ISO 9001, ISO 14001, ISO 45001 keyfiyyət standartlarına uyğun həyata keçirir.

“GESCO”, mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və 2100-dən artıq heyətlə müxtəlif sahələri təmsil edən 140-dan çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyada keçmiş məşhur teleaparıcı beynəlxalq axtarışa verildi

Rusiyada keçmiş məşhur teleaparıcı beynəlxalq axtarışa verildi

Ötən il tikinti kərpiclərinin istehsalı artıb

Ötən il tikinti kərpiclərinin istehsalı artıb

Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi

Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi

Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Gürcüstanda qar uçqunu səbəbindən tuneldə qalanlar təxliyə edildilər

Məşhur türk serialları yayımlanmayacaq

Məşhur türk serialları yayımlanmayacaq

Fədayə Tacirin adını göməzdən gəldi - VİDEO

Fədayə Tacirin adını göməzdən gəldi - VİDEO

Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Avropada Rusiya gəmisinin heyəti saxlanıldı – Azərbaycanlı da var

Qızı ilə foto paylaşıb bunları yazdı

Qızı ilə foto paylaşıb bunları yazdı

Müflis olmuş bankın aktivlərinin satışı daha 5 il ƏDV-dən azad edilib

Müflis olmuş bankın aktivlərinin satışı daha 5 il ƏDV-dən azad edilib

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

“Qalatasaray” “Mançester Yunayted”ə təklif göndərdi

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

D Vitamini - Faydaları, çatışmazlıq əlamətləri və artıran qidalar

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Meyxanaçıların toy QİYMƏTLƏRİ: Balaəli və Pərvizin qonorarı diqqət çəkdi - VİDEO

Bu il 500 min ev sənədləşdiriləcək

Bu il 500 min ev sənədləşdiriləcək

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

Tramp etiraf etdi: Əlini makiyaj edir – FOTO

"Disney"ə milyardlarla dollar qazandırdı

"Disney"ə milyardlarla dollar qazandırdı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

117 yaşlı qadının DNT-sində "Gənclik Sirri" tapıldı

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

“Araz Naxçıvan” ukraynalı məşqçi ilə razılığa gəldi

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

İranda güclü etirazlar - Rəisinin heykəlini aşırdılar – VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Lalə Azərtaş Esra Erolun verilişinə çıxdı - VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Rusiya Putinin iqamətgahına hücum zamanı vurulan PUA-nın transkriptini ABŞ-a təqdim etdi – VİDEO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bakıda məşhur restoranın administratoru QƏTLƏ YETİRİLDİ – FOTO

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Bu ölkənin futbol millisi fəaliyyətini dayandırdı

Tovuzda göldən qadın meyiti TAPILDI

Tovuzda göldən qadın meyiti TAPILDI

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

Amerikalılar qab süngərindən istifadə etmirlər: Səbəbi

End of content

No more pages to load

RADİO