Polisə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media