Azərbaycanda işə qəbul edilərkən dövlət sosial sığorta şəhadətnaməsinin istənilməsi tələbi aradan qaldırılır.
Bizim.Media-nın xəbərinə görə, bununla bağlı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun 9-cu maddəsinə (Sığortaedənin hüquq və vəzifələri) dəyişiklik təklif edilir.
Dəyişikliklə qanunun 9.1.1 -ci bəndi (sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək) ləğv edilir.
Bizim.Media