36 ədədinin Qurandakı -SİRLƏRİ

“And olsun ki, Biz Quranı ondan ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!”x9d “Ay”x9d surəsi, 32.

“Quran”x9dın xa036-cı surəsi “YA SİN”x9d adlanır. Elmi-lədun araşdırmalarımız sübut edir ki, müqəddəs kitabın nömrələnməsi təsadüf olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Bunu sübut edən bir neçə məqaləmizi əvvəllər moderator.az saytından oxumusunuz. Bu yazımızda isə, “Ya Sin”x9d surəsinin sıra nömrəsi (kodu) olan 36 ədədini araşdıracağıq. Qeyd edim ki, İlyas Peyğəmbərə müraciətlə xa0müqəddəs kitabda "İlyasin" deyilməsi, bu sözün "kamil insan", "Peyğəmbər" sözünün sinonimi olduğunu deməyə əsas verir.

Bildiyimiz kimi kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Maraqlıdır ki, hər iki sistemdə enerjinin paylanması 36 ədədinə bağlanır.

Məsələn, kamil insan olan xa0peyğəmbərlər Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq:

xa0Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın “Quran”x9ddakı rəmzi 36-dır (YA SIN).

Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur.

Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür.
Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu cürdür. "Transformasiya" ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib mənsəbə (cihazlara) ötürməkdən ibarətdir. xa0

Bildiyimiz kimi transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - xa0iki qrupa bölünür.xa0
Yüksəldici transformatorların vəzifəsi qəbul xa0etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transormatorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur.

xa0İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətda uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməz! (Xatırladım ki, Həzrət Cəbrail Peyğəmbərimizə çox vaxtı məhəllədən kənarda ”“ Hira dağında nazil olardı.)

Alçaldıcı transormatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini azaldaraq, xa0cihazların tutumuna uyğun ”“ 220-yə çevirərək, ötürürlər.

İlahi sistemdə bunun misalı peyğəmbərlərdir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla (informasiya yükünü azaltmaqla) insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq, cəmiyyətə ötürürlər.

İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur.xa0
Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün xa0birləşməsindən yaranıb!xa0

Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək istəyirik. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər və kəramət sahibləri xa0də anatomic və bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir?xa0

Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar.

Kamil insanlarda da eynən bu cürdür ”“ vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”x9dın “Açılıb genişlənmə”x9d (94) surəsində belə deyilir:

“Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!”x9d xa094:1.xa0

Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, insanın anatomik quruluşunun 22(0) sümüyün birləşməsindən yaranmasını anatomiya elmi sübut etmişdir (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq). Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, bu 22(0) sümüyün 22-si başdadır.xa0
Maraqlıdır ki, “Quran”x9dın 22-ci (!) surəsi “Həcc”x9d surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir.

Vicdan insanın daxili transformatorudur

Yeri gəlmişkən, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirəm. Bu transformatorlar 22(0) xa0voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər. Bunu insanın daxilində olan vicdanla müqayisə etmək olar. xa0

Belə ki, Quranın 9-cu surəsi “Tövbə”x9d adlanır və yeganə surədir ki, "Bismilah"sız başlayır. Səbəbi odur ki, Bu surə yuxarıda söhbət açdığım 22-ci (Həcc) surənin davamıdır. Sözümün sübutu üçün deyim ki, 9-cu surənin ilk üç ayəsini oxuduqda görürük ki, bu gün Qurban bayramı - HƏCC günü olduğu qeyd olunub və doğru yolda olmadıqları insanların nəzərinə çatdırılır. Həmçinin, insanlara TÖVBƏ etmək tövsiyyə edilir...

Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Necə ki, fizikada 220 gəlib cihazın daxilində 9-a çevrilir...

Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əmələ çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir.

xa0Əgər insan fizikanın (yuxarıda qeyd etdim ki, xa0Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya (ziyana, qəzaya) məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır.

Dünyada baş verən təbiət hadisələrini, kataklizmləri təhlil ederərkən aydın görmək olur ki, 13-cü ildən başlayaraq Yerdə ildırımla bağlı fəlakətlər (ildırım vurmaları) çoxalmışdır. Bu da təsadüfü deyildir. xa0Belə ki, “Quran”x9dda ildırımdan bəhs edən surə (“Göy gurultusu”x9d) 13 ədədi ilə nömrələnmişdir. Bu səbəbdən də 13 ədədi Quranda ildırım, cəza rəmzidir. Hesablamalarımız göstərir ki, biz tövbə etmədikcə və öz enerjimizi əmələ çevirərkən, onu vicdan süzgəcindən keçirmədikcə, cəmiyyətimizdə qəzalar və həyacanlı hadisələr (o cümlədən ildırımvurmalar) getdikcə intensivləşməkdədir. xa0Bunu aşağıdakı düstur da sübut edir:

22 - 9 = 13xa0

Bütün bunlardan sığortalanmağın yolu TÖVBƏDƏN (9) keçir. Artıq neçə illərdir ki, mən bu fiziki qanunauyğunluğa riayət edirəm və mənə inananlara da bunu tövsiyyə edirəm. Allah sizləri qorusun!xa0

Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı.

Müəllifin arxivi:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

U-21 millimiz "Şamaxı"ya UDUZDU

U-21 millimiz "Şamaxı"ya UDUZDU

Kadırovun oğlu qızıl medalla təltif olundu - VİDEO

Kadırovun oğlu qızıl medalla təltif olundu - VİDEO

ABŞ-dən İrana SƏRT XƏBƏRDARLIQ: Trampla oyun oynamayın

ABŞ-dən İrana SƏRT XƏBƏRDARLIQ: Trampla oyun oynamayın

Anar Ağakişiyevin 4 min dollarlıq ayaqqabısı MÜZAKİRƏ YARATDI - VİDEO

Anar Ağakişiyevin 4 min dollarlıq ayaqqabısı MÜZAKİRƏ YARATDI - VİDEO

2026-cı ildə şanslı olacaq 5 BÜRC

2026-cı ildə şanslı olacaq 5 BÜRC

“Turan Tovuz”un ilk sınağı UĞURSUZ OLDU

“Turan Tovuz”un ilk sınağı UĞURSUZ OLDU

Tibbdə İNQİLAB: Yeni kəşf təhlükəli qan hüceyrələrini həkimlərdən daha dəqiq aşkar edir

Tibbdə İNQİLAB: Yeni kəşf təhlükəli qan hüceyrələrini həkimlərdən daha dəqiq aşkar edir

Avtomobillərdən maqnitofon oğurlayan şəxs SAXLANILDI

Avtomobillərdən maqnitofon oğurlayan şəxs SAXLANILDI

Tramp bu şəxsləri viza qadağalarından AZAD ETDİ

Tramp bu şəxsləri viza qadağalarından AZAD ETDİ

Cəfər Cabbarlının büstünün restavrasiyasına BAŞLANILDI - VİDEO

Cəfər Cabbarlının büstünün restavrasiyasına BAŞLANILDI - VİDEO

Şəmkirdə yük maşını ağaca çırpılıb, bir nəfər ölüb

Şəmkirdə yük maşını ağaca çırpılıb, bir nəfər ölüb

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

Duqlas Kostanın yeni klubu MƏLUM OLDU

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

“Trampın danışdıqları cəfəngiyatdır” - İran prokuroru

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

"Şəhriyarın saçı yoxdur, parik taxır" - VİDEO

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Danimarkada Trampa qarşı aksiya KEÇİRİLİR: “Qrenlandiyadan əllərini çək” - VİDEO

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Meydanda ürəyi dayanan futbolçu klubdan GÖNDƏRİLDİ

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Bakı-Gəncə avtobusunda lentə alınan bu görüntülər gündəm oldu - VİDEO

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

Lənkəranda oğurluq edən şəxslər saxlanıldı - Üzərlərindən narkotik çıxdı

FHN əhaliyə MÜRACİƏT ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

"Kəpəz" "Karvan-Yevlax"la HEÇ-HEÇƏ ETDİ

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

“Rusiya zərbələri fonunda elektrik enerjisinin idxalının artırılmasına ehtiyacımız var” - Zelenski

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Ziya Məmmədovun tələbə yoldaşının oğlunun bir milyonluq dələduzluğunun DETALLARI - FOTO

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

Paytaxtda oğurluq edən 5 nəfər SAXLANILDI

End of content

No more pages to load

RADİO