Zəngilanda Azərbaycan-Türkiyə “Qardaşlıq bağı” salındı

Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə səfər edib.

Füzuli rayon mərkəzinə, Cəbrayıl və Zəngilan rayonlarına səfərdə Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Füzuli rayonu ərazisində şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli nazir Füzuli, Cəbrayıl və Zəngilana getdi - FOTO


Səfər iştirakçıları Füzuli şəhərində dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkib, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi torpaqlarında törətdiyi vəhşiliklərin və vandalizmin şahidi olublar.

Daha sonra Cəbrayıl rayonunun Soltanlı kəndinə gələn nümayəndə heyəti burada səpin prosesinə hazırlıq işləri ilə tanış olublar.

Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli toxumsəpən texnika vasitəsilə səpin prosesinin həyata keçirilməsi prosesini izləyiblər.

Daha sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində “Qardaşlıq bağı” salınıb. Kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir, Ekologiya və Təbii Sərvətlər nazir Muxtar Babayev “Qardaşlıq bağı”nda meyvə tingləri əkiblər.

5 hektar sahədə yerləşən bağda ərik, alma, armud, gilas, albalı və digər meyvə tingləri əkilib. Bağda ümumilikdə 2620 ting əkini həyata keçirilib.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatdığını xatırladaraq Türkiyənin işğaldan azad edilən ərazilərdə aqrar sahənin inkişafına dəstək verəcəyini vurğulayıb:

“Səfər zamanı aqrar sahənin inkişafı üçün böyük potensialın olduğunu gördük. Bu ərazilərdə əvvəllər bitkiçilik, meyvəçilik, heyvandarlıq sahəsinə önəm verilib. Burada aqrar sahənin bərpası və inkişafı, emal sənayesinin qurulması, enerjinin planlanması ilə bağlı imkanlar var. Qarabağ bölgəsində aqrar sahənin inkişafı ilə bağlı dost və qardaş Azərbaycana dəstək bundan sonra da davam etdiriləcək”.

Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov isə öz növbəsində işğaldan azad edilən ərazilərin aqrar potensialına toxunub:

“İşğaldan azad edilmiş ərazilər ənənəvi olaraq taxılçılıq, bitkiçilik, meyvəçilik və heyvandarlığın inkişafına görə qabaqcıl regionlardan olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 7000 hektardan artıq sahədə əkin aparılıb. Burada yazlıq əkinlərə başlanılması da nəzərdə tutulur”.

Bildirilib ki, Türkiyə aqrar sahədə müasir texnologiyalar tətbiq edən və yüksək nəticələr əldə edən ölkələrdəndir.

Azərbaycan kənd təsərrüfatı sahəsində qardaş ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. İşğaldan azad edilən ərazilərdə innovativ texnologiyaların tətbiqi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən il öldürülən jurnalistlərin SAYI açıqlandı

Ötən il öldürülən jurnalistlərin SAYI açıqlandı

İbrahim Tatlısəsi AĞLADAN qadın - FOTO

İbrahim Tatlısəsi AĞLADAN qadın - FOTO

Bu yolda sürət həddi endirilib

Bu yolda sürət həddi endirilib

Hikmət Hacıyev: “Biz Tramp administrasiyasının tam dəstəyinə malikik”

Hikmət Hacıyev: “Biz Tramp administrasiyasının tam dəstəyinə malikik”

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Bu rəsm əsərinə uzun müddət baxan adam PARALEL dünyaya keçir

Bu rəsm əsərinə uzun müddət baxan adam PARALEL dünyaya keçir

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılıb

Yanvarın 1-də itkin düşmüş 5 nəfər tapılıb

Kim Çen Inın qızı ilk dəfə anım mərasimində iştirak edib

Kim Çen Inın qızı ilk dəfə anım mərasimində iştirak edib

Xameneyinin banneri alova büründü – VİDEO

Xameneyinin banneri alova büründü – VİDEO

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Məşhur aktyorun 34 yaşlı qızı hoteldə ölü tapıldı

Sakit uşaqlar - Utancaqlıq, yoxsa psixoloji narahatlıq?

Sakit uşaqlar - Utancaqlıq, yoxsa psixoloji narahatlıq?

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Hər şeyin ən yaxşısını seçən BÜRCLƏR

Ağsuda BƏDBƏXT HADİSƏ – Vəziyyətləri ağırdır

Ağsuda BƏDBƏXT HADİSƏ – Vəziyyətləri ağırdır

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

Yeni ildə RƏQABƏT — ABŞ və Çin bir-birinə meydan oxuyacaq

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO

Bakı-Şamaxı yolunda hərəkət çətinləşdi - VİDEO

Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

Bölgəyə ilin İLK qarı yağır – FOTO/VİDEO

Rubldan REKORD göstərici - Dollara nisbətdə ən çox bahalaşan valyuta olub

Rubldan REKORD göstərici - Dollara nisbətdə ən çox bahalaşan valyuta olub

2026-cı ilin ilk günlərində bunları MÜTLƏQ edin – Bolluq və rifah gətirəcək

2026-cı ilin ilk günlərində bunları MÜTLƏQ edin – Bolluq və rifah gətirəcək

Bakıda gənc qız dəm qazından həyatını itirdi - FOTO

Bakıda gənc qız dəm qazından həyatını itirdi - FOTO

Pensiyalar bu tarixdən ARTIMLA veriləcək - VİDEO

Pensiyalar bu tarixdən ARTIMLA veriləcək - VİDEO

İranda qan su yerinə AXIR – Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ – VİDEO

İranda qan su yerinə AXIR – Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ – VİDEO

Trampın gözü qarşısında 10 dəqiqəyə çəkilən tablo 3 milyon dollara SATILDI - FOTOLAR

Trampın gözü qarşısında 10 dəqiqəyə çəkilən tablo 3 milyon dollara SATILDI - FOTOLAR

End of content

No more pages to load

RADİO