21-ci əsrin bəlası kiber hücumlardan necə qorunaq? – “Cyberpoint”in rəsmisi Mehman İsgəndərovla MÜSAHİBƏ

Son dövrlərdə Azərbaycanda ayrı-ayrı dövlət orqanlarının, aparıcı şirkətlərinin serverlərinə, internet resurslarına həm daxildən, həm də xaricdən kiber hücumların sayı artıb. Hətta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti cari il ərzində bir neçə dəfə məlumat yayaraq, həm iri şirkətləri, həm dövlət orqanlarını, həm də fiziki və hüquqi şəxsləri gözlənilən kiber hücumlarla bağlı xəbərdar edib və onları ayıq-sayıq olmağa çağırıb. 

Dünən isə ölkəmizdə kiber hücumlarla bağlı daha bir xoşagəlməz hal yaşandı. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti tərəfindən yayılan məlumatda bildirildi ki, Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edən və şirkətdən 60 min manat tələb edən dəstə üzvləri saxlanılıb.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov olduğu müəyyən olunub. 

Faktla bağlı Cinayət Məclləsinin 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminə qanunsuz daxil olma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı təhlillər və araşdırmalar aparılıb və məlum olub ki, kibercinayətkarlıq və kiberinsidentlər nəticəsində hər il dünya iqtisadiyyatına dəyən illik zərər 1 trilyon ABŞ dollarından çoxdur. Bu göstəricinin 2025-ci ilə qədər 10 trilyon ABŞ dollarına yüksələcəyi təxmin edilir. 

Bu isə öz növbəsində ölkələr səviyyəsində hüquqi, təşkilati, texniki və texnoloji məqamları nəzərdə tutan ümummilli yanaşmanın formalaşdırılmasını tələb edir.

Bizim.Media
"marja.az"a istinadən xəbər verir ki, ölkəmizdə kibertəhlükəsizliyinin təmin oluması ilə bağlı suallarını “Cyberpoint” şirkətinin Marketinq və Satış rəhbəri Mehman İsgəndərov cavablandırıb.

- Mehman müəllim, Azərbaycanın dövlət orqanlarının, aparıcı şirkətlərinin internet resurslarının və  serverlərinin təhlükəsizliyi necə təmin olunur?

- Bu gün kibertəhlükəsizlik təkcə Azərbaycanın deyil, dünyanın qlobal problemlərindən biridir. Çünki, kiber hücumlar sərhəd tanımır və bütün ölkələrin bununla qarşılaşmaq riskləri həddindən artıq yüksəkdir. Azərbaycan da bundan sığortalanmayıb. Buna görə də dövlətimiz tərəfindən bu məsələyə böyük diqqət göstərilir. Son 10 ildə ölkəmizdə kibertəhlükəsizliklə bağlı müxtəlif addımlar atılıb. 

Azərbaycan hələ 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasını imzalayıb. Həmçinin “Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi” proqramı çərçivəsində həyata keçirilən kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində fəal iştirak edir.

Sevindirici haldır, Azərbaycan kibertəhlükəsizliyə görə dünya ölkələri arasında mövqeyini son iki ildə 15 pillə yaxşılaşdıraraq 40-cı, MDB regionunda isə bir pillə yüksələrək 3-cü yerdə qərarlaşıb.

- Siz özəl şirkətlərin kiber hücumlardan qorunması üçün hansı xidmətləri təklif edirsiniz?

- Biz Cyberpoint şirkəti olaraq nəyin ki, özəl şirkətlərə, həmçinin dövlət qurumlarına kibertəhlüküəsizliyn təmin olunması və kibercinayətkarlıqdan qorunmaları üçün bir neçə xidmət təklif edirik. Onu da deyim ki, qabaqcıl texnologiyamız və təcrübəli işçi heyətimiz vasitəsilə müəssisələri və şirkətləri kibertəhlükələrdən qorumaqda ixtisaslaşmışıq. Komandamız müasir rəqəmsal dünyada müştərilərimizin təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli təhlükəsizlik xidmətləri və həlləri təqdim edir.

Bundan başqa, cari il ərzində bir neçə şirkətlə əməkdaşlıq müqavilələri və memorandumu imzalamışıq. Belə ki, may ayının 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə, iyul ayının əvvəlində isə Azərbaycan Texniki Universiteti ilə  Əməkdaşlıq Memorandumu imzaladıq.

Biz beynəlxalq əməkdaşlığa va böyük əhəmiyyət veririk. İyunun 14-də dünyanın aparıcı “Privileged Access Management” (PAM) və kibertəhlükəsizlik həlləri təminatçısı “Kron”la arasında əməkdaşlıq müqaviləsi imzaladıq.  
Əməkdaşlıq çərçivəsində “Kron”un kibertəhlükəsizlik həllərinin, xüsusilə “Privileged Account Access Security” məhsulunun Azərbaycanda satışı və istifadəsinin genişləndirilməsi hədəflənir.

- Mehman müəllim, onu da deyim ki, bu gün dövlət orqanları və şirkətlər deyil, sadə vətəndaşlara məxsus e-poçt ünvanları, sosial şəbəkə səhifələri kiber-hücumlara məruz qalır, hətta onları şantaj etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bəs bu kimi hadisələrlə bağlı vətəndaşlara nəyi tövsiyə edirsiniz?

Mütəxəssislər bildirirlər ki, bəzi qaydalara əməl etməklə bu hücumlardan 80-90 faiz müdafiə olunmaq mümkündür. 

Məsləhət görərdim ki, vətəndaşlarımız ən müasir şifrələmə və qabaqcıl təhlükəsizlik tədbirləri ilə məxfi məlumatlarını qorusunlar. Kiber təhdidlər məxfiliyinizi pozmamalı və rəqəmsal mühitin təhlükəsizliyi təmin olunmalıdır. 

- Müsahibə üçün təşəkkür edirəm.

Qeyd edək ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində aparıcı şirkət olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir.

Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan Cyberpoint şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Polşa işləməyən ukraynalı miqrantların sosial ödənişlərini LƏĞV EDİR

Polşa işləməyən ukraynalı miqrantların sosial ödənişlərini LƏĞV EDİR

Britaniya məhkəməsi miqrantların “kral” və “kraliçası”nı Şotlandiya meşəsindən QOVDU

Britaniya məhkəməsi miqrantların “kral” və “kraliçası”nı Şotlandiya meşəsindən QOVDU

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Sərbəst güləşçimiz dünya çempionatının FİNALINDA

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

Mobil telefon işlədənlərə PİS XƏBƏR - Bu sözlər avtomatik dinləməni işə salır

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

“Qarabağ”ın yeni transferi ZƏDƏLƏNDİ

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

Bakıda maşından külli miqdarda pul OĞURLANDI

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

“Müharibəni davam etdirmək üçün Ukraynaya 120 milyard lazımdır” - Şmıqal

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Nadir Qafarzadə böyük oğlu və gəlini ilə - FOTO

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər YARANIR?

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

İlon Mask britaniyalıları söz azadlığı uğrunda mübarizəyə ÇAĞIRDI - VİDEO

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

FHN-dən Ağdamdakı qəza ilə bağlı MƏLUMAT

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Bakıda satılan “Ayfon 17”-nin qiyməti gülüş doğurdu – FOTO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

Tbilisidə hökumət əleyhinə kütləvi aksiya KEÇİRİLİR - VİDEO

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Məktəbdə işləmək istəyən ingilis dili müəllimindən 10 min manat ALDILAR

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Ağdamdakı qəzada xəsarət alanların KİMLİYİ BİLİNDİ

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Eks-prezidentin ailəsi məc­buri qay­dada EVİNDƏN ÇIXARILIR - ANBAAN VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı SƏHNƏ - VİDEO

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Ağdamda minik maşını traktora çırpıldı - 3 nəfər xəsarət aldı

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

Madriddə restoranda partlayış oldu - 25 nəfər xəsarət aldı - FOTO

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

“Sabah” Aleksey İsayevə görə “Qarabağ”a nə qədər pul ödəyib?

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Londonda müsəlman miqrantlara qarşı ETİRAZLAR başladı - VİDEO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

Qızı Əməkdar artisti ölüm ildönümündə belə XATIRLADI - FOTO

End of content

No more pages to load

RADİO