İngiltərənin Kardiff şəhərində yaşayan Əli Hammuda adlı bir imam islam dini ilə bağlı qalmaqallı açıqlama verib.
Axar.az xəbər verir ki, imam oxuduğu moizədə “İslamda seks köləsinə icazə verilir”x9d deyib.
Qeyd edək ki, Hammudanın 13-18 yaşlı yeniyetmələri müxtəlif yollarla məscidə gətirərək moizələrinə qulaq asmağa məcbur etdiyi ortaya çıxıb. Ayrıca, Hammudanın 2 il öncə Suriyaya gedən 3 gəncin radikallaşmasında böyük rolu olduğu deyilir.