Brusellyozdan xilas edən möcüzə...

“Biz Davuda və Süjeymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”x9d “Quran”x9d, “Qarışqalar”x9d surəsi, 16-cı ayə.

Allah-təalanın bəndələrinin çoxundan üstün tutaraq, elm, hikmət verdiyi dostlarından biri olan Şıx Eyyub babanı ziyarət etmək üçün Şamaxı rayonuna yola düşürəm.  

II hissə

Birinci hissəni bu linkdən oxuya bilərsiniz: 
 

Şıx Eyyub babanın Acıdərədəki ziyarətgahında olarkən, bura gələn ziyarətçilərlə həmsöhbət oluram. Onların danışdıqları maraqlı söhbətləri Moderator.az -ın oxucularına təqdim edirəm.

İlk həmsöhbətim Şamaxı şəhər sakini Qasımov Hacı İsmət Ağamalı oğludur:

-Qardaşım Nadir brusellyoz xəstəliyinə tutulmuşdu, ağır qızdırma ilə Bakıda klinikalardan birində müalicə olunurdu. Həkimlər qızdırmanı bir qədər aşağı  salsalar da, dedilər bu xəstəlik insandan heç vaxt tam çıxmır, odur ki, ömrünün sonunadək gərək müalicə ala. Xəstəxanada yatan günlərdə qardaşım dedi ki, Şıx Eyyub baba yuxuma girdi, günbəzinin yolunu göstərib, dedi gəl ziyarətimə, səni bu dərddən qurtararam. 

Biz qardaşımı xəstəxanadan xəlvət götürüb,  bir neçə ağsaqqalla Acıdərəyə yola düşdük. Yuxunun  doğruluğunu yoxlamaq üçün, Nadiri qabağa buraxdıq ki, görək günbəzin yolunu tanıyacaqmı? Çünkü, o, heç vaxt burada olmamışdı. Maraqlıdır ki, qardaşım həm qəbiristanlığın yolunu, həm də burada olan üç günbəzdən hansının Şıx Eyyuba mənsub olmasını  kənardan göstərdi. Ziyarət edib qayıdandan sonra Nadirdə bir daha qızdırma olmadı və o, xəstəxanaya qayıtmadı.  

Cəbrayılova Mahirə Culfalı qızı:

-Övliyalara xidmət etməyi çox xoşlayıram. Şıx Eyyub babanın nəticəsi rəhmətlik Mustafa babaya uzun müddət xidmət etmişəm. Atam onun müridlərindən idi. Hər Cüməaxşamı bir müridin evində toplaşıb zikr edirdilər. Bu zikr mərasimləri çox maraqlı olurdu. Hətda, ətraf kəndlərdən də xəstə, əsəbi pozulmuş adam olanda gətiridilər bu zikr mərasiminə, dairə halında  oturan müridlərin ortasına qoyurdular, mərasim bitənə qədər xəstə sağalırdı. Bir gün bizim evdə zikr edirdilər, oğlum Elmar onda təzə-təzə ayaq açıb yeriyirdi. Mustafa baba uşağı zikr edilən otağa çağırıb, müridlərin oturduğu  dairənin ortasında otzdurdu. Oxuduqları hər kupletin sonunda “Hey baba, heyy”x9d deyirdilər və bu vaxt Şıx uşağın üzünə üfürürdü. Zikir mərasimi davam etdikcə, gördüm uşaq oturduğu yerdən bir qədər havaya qalxıb. Sanki, havada oturmuşdu.  Zikr davam etdikcə, uşaq tədricən qalxırdı. Mərasim qurtaranda Elmar təxminən yarım metr hündürlükdə idi, övliya onu yapışıb, yerə otuzdurdu. 
Şıx Mustafa baba öz kəramətiylə hər zaman dadıma yetibdir. Bir gün də Qonşularla taksi tutub, Saatlı rayonuna getmişdik. Orada mağazaya girəndə baxdım ki, pulum evdə qalıb. Narahat oldum ki, mən burada pulsuz neyniyəcəm? Alınası şeylər vardı, yanımdakı adamlarda da artıq pul yox idi ki, mənə versinlər. Pərişan halda küçədə dayanmışdım ki, birdən yanımda bir maşın saxladı, içərisindən iki qadın düşdü. Qadınlardan biri üzümə diqqətlə baxıb, dedi: “Haralısan?”x9d Dedim: “Nəyə görə soruşursan?”x9d Dedi: “Səni Şamaxıdan Şıx Eyyub babanın  nəslinə oxşatdım, ona görə soruşuram”x9d. Dedim: “O nəsildən deyiləm, amma, həmin nəsildən Şıx Mustafa babaya xidmət edirəm”x9d. Dedilər nə yaxşı bizə rast oldun, Şıxa nəzrimiz var, çoxdandır göndərməyə adam axtarırdıq, sənə versək çatdırarsanmı? Dedim: “Çatdıraram”x9d. Bu qadınlar sovet pulu ilə hərəsi bir “iyrimibeşlik”x9d  çıxarıb mənə verdilər. Yanındakı kişi də bir “onluq”x9d verdi, oldu cəmi 60 manat. O vaxt bu böyük məbləğ idi. Puldan biraz götürüb bazarlıq etdim, lazımi işlərimi gördüm. Qayıdanda gördüm Şıx Mustafa baba bizdədir. Məni görən kimi, dedi: “A bala, orada qabağına kim çıxdı?”x9d Dedim: “Ay baba, iki qadın, bir kişi çıxdı, sənə nəzir göndərdilər”x9d. Belə deyib, yan otağa keçdim, oradan xərclədiyim qədər pul götürüb qoydum bu pulun üstünə və 60 manatı gətirib Şıxın qabağına qoydum. Mimustafa baba gülə-gülə dedi: “A bala, elə bilirsən mən bilmədim sən pulu yan otaqdan götürdüyünü? Götür pulun hamısını qoy cibinə, halal xoşun olsun. O pulu sənə mən göndərdim. Gördüm yad yerdə darda qalmısan, Rəbbimə dua etdim ki, sənə pul yetirsin. O da duamı qəbul edib, bizə çatası nəziri sənə yetirdi, halal xoşun olsun, çox əziyyətimi çəkmisən”x9d. Nə qədər israr etsəm də övliya pulu götürmədi. 

Bir dəfə də Şıx Mustafa baba bir stəkan suya dua oxuyub, üfürdü, verdi mənə ki, iç. Suyu içəndə əlim titrədi, sudan bir neçə damcı çənəmə düşdü. Səhər yuxudan duranda gördüm həmin su damcısı düşən yerlərdə üstən aşağı sırayla ət xalları düzülüb ”“ Mahirə xanım dodağından çənəsinə qədər düzülmüş ət xallarını göstərir. ”“ Bu hadisədən bir müddət sonra oğlum dünyaya gəldi. Maraqlıdır ki, yeni doğulan körpənin də çənəsində ət xalları eyni yerdə, eyni formada düzülmüşdü.

Mahirə xanım bu əhvalatı danışanda yadıma Həzrət Cəbrailin Məryəmə üfürməsi düşdü:

“(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”x9d

Məryəm artıq Cəbrailin üfürməsi ilə İsaya hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”x9d. “Məryəm”x9d surəsi,  19-20-21-ci ayələr.

Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı

Yazarın arxivi: 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

“Kəmalə Günəşlinin çox gözəl səsi var” – VİDEO

Millimizin hazırlığı davam edir - FOTO

Millimizin hazırlığı davam edir - FOTO

Bu şəxslər pensiyasız qala bilər

Bu şəxslər pensiyasız qala bilər

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Gəncədə gənc qadın Nizami məqbərəsinin körpüsündən YIXILDI

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Norvuzdan sonra qonşu bölgələrdə yaşayanlar da Qaxın bu kəndinə axın edir – FOTO/VİDEO

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Xatirə atasının FOTOsunu paylaşıb bunu yazdı

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Rusiyalı nazir: “İlk növbədə qonşu ölkələri, sonra isə...”

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Azərbaycan-Portuqaliya matçının hakimləri AÇIQLANDI

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

Əvvəl qəzəblənib sonra düşünən BÜRCLƏR

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

İrana bağlı qruplar ABŞ bazasına HÜCUM ETDİ – ANBAAN VİDEO

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Bu şəxslər sağlamlığına dəymiş zərərə görə kompensasiya ala bilər – Ali Məhkəmədən QƏRAR

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Hər gün bir qaşıq zeytun yağı içməyin inanılmaz faydası

Bu şəxslərin pensiyası övladına veriləcək

Bu şəxslərin pensiyası övladına veriləcək

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

82 il sonra Leninqrada aviabomba atıldı – FOTO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Biləsuvarda ağır qəza – Yaralılar var – VİDEO

Sumqayıtda qandonduran hadisə: “Qardaşımı öldürmək üçün oraya çağırdılar” - VİDEO

Sumqayıtda qandonduran hadisə: “Qardaşımı öldürmək üçün oraya çağırdılar” - VİDEO

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti - Bu qiymətə satıldı

Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti - Bu qiymətə satıldı

İranda hakimiyyət dəyişikliyinə Rusiyadan REAKSİYA – ÖZƏL

İranda hakimiyyət dəyişikliyinə Rusiyadan REAKSİYA – ÖZƏL

Yük maşını aşdı, gübrə digər avtomobilin üzərinə töküldü - VİDEO

Yük maşını aşdı, gübrə digər avtomobilin üzərinə töküldü - VİDEO

Buşehr AES-lə bağlı HƏYƏCAN TƏBİLİ – Qlobal fəlakət RİSKİ VAR

Buşehr AES-lə bağlı HƏYƏCAN TƏBİLİ – Qlobal fəlakət RİSKİ VAR

Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə...

Türkiyə bu ölkələrə çağırış etdi: İrana qarşı müharibə...

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Göyçayda güclü yanğın – FOTO

Göyçayda güclü yanğın – FOTO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

End of content

No more pages to load

RADİO