Deyirlər ey, “Çöl Qala”x9dnı bir oturuma oxudum, bir su kimi içdim... Mən belə edə bilmədim... Mən yavanlıq eləmək istədim.., çörək kimi, loxma-loxma oxudum, hətta 152-ci səhifədə dayandım. İki gün oxumadum, cürbəcür sonluqlar fikirləşməyə başladım. Bu arada yadıma nə vaxtsa oxuduğum bir şeylər düşdü. Xarici ölkə məşhurlarından hansısa C.Məmmədquluzadənin “Ölülər”x9dini oxuyurmuş, qəbristanlıq səhnəsində kitabı örtüb. Deyir ki, bir ay fikirləşdim, əcaba ölü diriltmək məsələsini müəllif necə sonlandıracaq. Bilirəm, müqayisə uğurlu deyil, amma müəyyən çalarlar var. Axı “Çöl Qala”x9dnın müəllifi də ruhunu öldürmüş bir Qadını “dirildəcəkdi”x9d! “Dirildə”x9d biləcəkdimi?! Və amansız sonluq, üzücü nəticə, amma ürəyimcə oldu, qardaşım İlham demişkən, hind filmi olmayacaqdı ki... Füzulişünaslar da yazır ki, Füzuli Leyli və Məcnuna bir görüşü qıymadı. Burada da müəllif bir üzbəüz, bir gözəgöz görüşü qəhrəmanlarına qıymır.
“Aşkın heç bir sıfata və tamamlanmaya ihtiyacı yoktur.
Başlı başına bir dünyadır aşk.
Ya tam ortasındasındır, merkezinde, ya da dışındasındır, hasretinde.”x9d
Bu kəlmələr də elə ötən yay bu zamanlarda oxuduğum Elif Şafakın “Aşk”x9d romanından süzüldü yazıma. Bu roman da “Çöl Qala”x9d kimi adamı duyğuların tam ortasında, mərkəzində tutub saxlayır. Xüsusən də, “Aşk”x9ddakı Ella və Əziz Zaharanın virtual duyğuları “Çöl qala”x9dnın Rəssam və Qadının ruhu ilə səsləşirdi və bu səsləşmə mənim qulağıma həzin bir musiqi ilə çatır, beynimdə bir “klip”x9d yaranırdı. Məşhur fransız rejissor Lelüşün “Kişi və Qadın”x9d filminin musiqisi ilə çatırdı mənə Rəssam və Qadının hissləri. Klip az oldu, xəyalımda film də çəkdim, hətta Rəssam və Qadının Hollivud aktyorlarını da düşündüm.
“Aşk”x9d romanında fotoqrafçı Əziz və “Çöl Qala”x9ddakı Rəssamın peşə yaxınlıqları, hətta zövqlərində bir bənzərlik var. “Aşk”x9d romanından gətirdiyim çıxarışları müəllifin dilinə, üslubuna toxunmadan yazacağam. “Ella Azizin profesyonel fotoqrafçı olduğunu biliyordu. Merak ediyordu, acaba mesleyinden dolayı mı bu kadar seyahat ediyordu”x9d.
“Çöl Qala”x9dnın Rəssamı: “Ümumiyyətlə, tək səyahəti xoşlayıram, işimlə əlaqədar çox səfər edirəm, son illər rəssamlıqla bağlı bir neçə beynəlxalq təşkilatda təmsil olunduğundan günüm elə səfərlərdə keçir”x9d. Sənət adamlarının çoxu, görünür, eyni cür düşünür, zövqləri də yaxşı olur, sevdiklərinə münasibətdə də bənzəyişlər tapmaq çətin deyil. Qoyya, Balzak, Yesenin, Pirosmani, Ümbülbanu, Bunin, Elif Şafak, Vahid Qazi kimi Əziz internetdə yenə Ellaya yazırdı: “Sevgili Ella!”x9d Qvatemalada son durağım Chajul isminde ufacık bir kasaba...Hər evdə kilim örülüyor. Ben de bir nineden senin için bir kilim satın aldım.”x9d
Rəssam: “İki gündür Havanaya gəlmişəm. Havanada bizim Torqovıya bənzər yer var. Suvenirlər, rəsm əsərləri satırlar. Axır ki, əsl mən deyən əsərləri tapdım. Nə isə cəmi 20 dollara çox gözəl rəsm aldım”x9d.
Qadın: “Bu gün çox qəribə bir şəkildə hədiyyə aldım. Boyunbağı aləmdir. Onu sənin boynuma dolanan qolların bilib bağladım, tablona isə söz tapmıram yazmağa”x9d.
“Çöl”x9ddəki Rəssam elə çölləmə bir həyat keçirir. Adam duyğuların izində, Elif Şafak demişkən tam ortasında, mərkəzində, həm də reallıq olan qocaman bir boşluqda...
Rəssamın meyarları da, qısacıq söhbətləri də tələskəndir, adam tələsir-görüşəmi, ölüməmi? Özü görüşə tələsir, müəllif isə ölümə tələsdirir. Adamın ayağı yerə dəymir: havada, suda, quruda bir rüzgar kmi dolaşır sanki çərxi fələkdir, fırlanır ki, hədəfinə çatsın dursun, dayansın. “Tənhalığı yağışla dolu”x9d bu Qadına bir çətir olmaq istəyi ilə çırpınıb durdu pərvanə kimi və yandı.
Əslində burdakı obrazlar: Rəssam, Qadın və Rəssamın xanımı ”“ üçü də müəllifin ilk mesajındaca yerini alır. Bunlar Vahid Qazinin Karl Popperdən gətirdiyi Üçüncü dünyanın adamlarıdırlar. Bir boşluqda yaşar və heç olarlar. Belə insanlara bəzən “bəyaz dünyanın adamları”x9dda deyirlər.
Rəssam həyat aşiqidir. Qadın həyatdan küsmüşdür. “Tənhalığı yağışla dolu”x9d bu Qadını sonda dolu vurdu. Rəssam Qadının qıpırdamağa başlayan duyğularını “buza qoydu qəlbində”x9d və V.Səmədoğlunu əbəs yerə xatırlamayıb burada:
Neçə insanın umudunun meyitini
Buza qoymuşam qəlbimdə?
... Bağışla, çoxdur ölənlərim,
Səni ağlaya bilməyəcəyəm.
Rəssamın xanımı elə əsl rəssam xanımıdır. Əslində, o, Rəssamın evinin canlı eksponatıdır. Evdə bir küncdə durub ”“ Veneranın heykəlciyi kimi. O gözəldir, qürurludur, təmkinlidir, fəqət Rəssamın qəlbindəki boşluğu doldura bilməyən- heykəl Veneradır. O, çöl adamı deyil, onda hər addım planlaşdırılıb, onun yolu var və o yolda çoxlu qadağa nişanları var.O Rəssam kimi əks yola çıxıb axına tərəf gedə bilmir, onu bu həyat yolu cəzalandırar. Rəssamın çölündəsə heç bir qadağa işarəsi yoxdu ,onu heç kim cəzalandıra bilməz-Allahdan başqa .Və o çölün qulaq batıran sükutu kimi Allah dərgahına izsiz, səssiz, soraqsız getdi.
“Çöl Qala”x9ddan hər kəs öz dünyasının sərhəddi hara qədərdisə o qədər də yaza, danışa bilər. “Aşk”x9dla bitirirəm, çünki hər iki əsərin obrazlarına aid olan düşüncələrdir.
“Aşk”x9d romanındakı Əzizin ölümqabağı söylədikləri: “Tam her şeyi halletim derken, gökten zembille sen indin. O ilk mesajın ardından her şey o kadar hızlı gelirdi ki! Her gün nefesimi tutup, acaba Ella yazmışım diye bekledim... Kendimi teslim ettiyim Allaha isyan noktasındayım!”x9d.
Vahid Qazi hər kəsə bir çöl bağışlayıb. Bu “Çöl”x9d, elə çöl qədər azaddı. Burda hər kəs öz xəyal dünyasının atına minib səyirdə bilər. Burda konkret yol, cığır yoxdu ki, deyəsən bu yoldan, irzdən çıxsam nəsə pozular, nəsə düz gəlməz. Bura məhəbbət çölüdür, o qəlibə sığmır. Sevdalılara ucu-bucağı görünməyən Çöl lazımdır.
Heey! Oğuz oğlu Vahid Qazi! “Çöl Qala”x9dda doğulub çöllərə düşən dış Oğuz bəyi! Günün birində İç Qalada məskən edib, Çölün sehrini-sirrini “Çöl Qala”x9dçılara açmaq diləyi ilə
Bəsti İsmayılova
Tərtər