Dövlət Komitəsi: “Yas mərasimlərində bəzi “qadın mollalar” xurafatın təbliğatçısına çevrilirlər”

“Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi “qadın mollalar” xurafatın təbliğatçısına çevrilirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Report”a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, bəzən məqsədyönlü şəkildə elə iddia edirlər ki, guya DQİDK məscidlərə qadın din xadimləri təyin edir:

“Hətta bir az da irəli gedib bunu elə təqdim etmək istəyirlər ki, guya Dövlət Komitəsi müsəlmanlara deyəcək ki, qadın imamların arxasında namaz qılmalısınız. Bunu bilməyərəkdən deyənlər də var. Diqqət edin, bu vəzifənin adı imam, imam müavini deyil, qadın dini ayinlərin icraçısıdır. Din xadimlərinin təyinatı, rotasiyası, fəaliyyətinə xitam verilməsi qaydaları ilə bağlı təlimatda qadın dini ayinlərin icraçısı vəzifəsinin funksiyası göstərilib.

Bunlara imamın tapşırığına əsasən məsciddə qadınlara yönəlik dini fəaliyyəti həyata keçirmək, eyni zamanda qadınların iştirakı ilə keçirilən yas mərasimlərini idarə etmək daxildir. Hamısına şamil edilməsə də, təəssüf ki, xurafatın yayıldığı nöqtələrdən biri də qadınların iştirakı ilə keçirilən yas mərasimləridir. Orada iştirak edən bəzi “qadın mollalar” xurafatın təbliğatçısına çevrilirlər. Bunun qarşısını almaq yollarından biri də qadın dini ayinlərin icraçısı vəzifəsinin təsis edilməsi, bu vəzifə üçün imtahanların keçirilməsidir”.

G.İsmayılov bildirib ki, Dövlət Komitəsi indiyə qədər din xadimi vəzifələrini tutmaq üçün 3 dəfə vakansiya elan edib:

“Birinci vakansiyada 270 nəfər sənəd vermişdi, onlardan 133 nəfəri uğur qazanıb, 112-nə təyinat vermişik. İkinci vakansiyada 254 namizəd iştirak edib, 66 nəfər uğur qazanıb, 55 nəfər təyinat alıb. Hazırda 3-cü vakansiyaya sənəd qəbulu bitib, 293 nəfər sənəd verib, onlardan 113-ü qadın, 180-i kişidir. Bu, onu deməyə əsas verir ki, iki müsahibənin obyektiv, şəffaf keçirilməsi din sahəsində təhsil almış insanlarda artıq inam yaradır ki, müsahibə obyektivdir və mən uğur qazana bilərəm. Getdikcə sənəd verənlərin, din xadimi, o cümlədən qadın dini ayinlərin icraçısı olmaq istəyənlərin sayı artmaqdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO