“Yanacağın qiymətinin artmasından sonra hər yerdə süni bahalaşma gedir”
Bizim.Media xəbər verir ki, deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında belə deyib:
“Benzin cəmi 10 qəpik artdı, amma bahalaşma hər gün davam edir. Bu, insanların maddi rifahına ciddi təsir göstərir və narahatlığa səbəb olur”.
Millət vəkili Azərbaycanda inhisarçılığa da diqqət çəkib. Bildirib ki, ki, bahalaşmada bu faktor mühüm rol oynayır.
“Qiymətlərin davamlı artımını təyin edən məhz inhisarçılıqdır”- deyən Əli Məsimli inhisarçılara və süni qiymət artımına qarşı ciddi tədbirlər görülməsinə çağırış edib.
Bizim.Media