Moderator.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında H. Səlimovun Şəki Apellyasiya məhkəməsindən azad olunması məsləsini müzakirə edib. Məsələ barədə məlumat verən Hüuquq siyasəti və dövlət qruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ölkə bağçısı tərəfindən Milli Məclisə H. Səlimovun Şəki Apellyasiya məhkəməsinin hakimi vəzifəsindən azad olunması barədə təqdimat daxil olub.
H. Səlimov özünü məhkəmə orqanı sistemində özünü doğruldan kadrlardan olduğundan o, Balakən rayon məhkəməsində vakant yerə təyin edilib. Bu ona göstərilən etimaddır.
Ancaq Apellyasiya məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi məsləsi parlamentin səlahiyyətinə aiddir.
Səsvermə nəticəsində H. Səlimov Şəki Apellyasiya məhkəməsinin hakimi vəzifəsindən azad edib.