İlham Əliyevin mətbuat konfransı xarici mediada - FOTOLAR

Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bizim.Media xəbər verir ki, xarici KİV-lər 4 saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.

Türkiyənin “Anadolu”, İHA, “Sputnik Türkiye” xəbər agentliklərində, “Haberler” portalında, “TRT Haber”, “Haber Türk”, “CNN” “Haber Global”, “A Haber”, “NTV” telekanallarında, “Yeni şafak”, “Hurriyet”, “Posta”, “Milliyet”, “Sabah” qəzetlərində yayılmış məlumatlar “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk Ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən Ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk Ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və s. sərlövhələrlə təqdim edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin mətbuat konfransnın PƏRDƏ ARXASI ANLARI - VİDEO


Rusiyanın “TASS”, “Ria Novosti”, “İnterfaks”, “Vestnik Kavkaza”, “Regnum” agentlikləri, “RBK”, “RT”, “Vesti”, “360” telekanalları, “Arqumentı i faktı”, “Nezavisimaya qazeta”, “Kommersant”, “İzvestiya”, “Rossiyskaya qazeta”, “Vzqlyad” qəzetləri, “Life”, “Lenta” saytları Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh ediblər.

Rumıniyanın “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı, Yunanıstanın “Real Group Media” şirkəti, Ukraynanın “Obozrevatel”, “Podrobnosti”, “Stopcor”, “Baqnet”, “Tsn”, “Dialog”, “Korrespondent”, “Polemika” xəbər portalları Azərbaycan Prezidentinin mətbuat konfransının dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması baxımından mühüm rol oynadığını qeyd ediblər.

Materiallarda bildirilir ki, Prezident İlham Əliyev mətbuat konfransında müxtəlif regional məsələlərlə bağlı jurnalistlərin suallarını 4 dildə dəqiq, səlis və məntiqli cavablandırıb.

 

Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.


Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Prezident İlham Əliyevin mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər.

Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim ediblər.

Livanın “Al-Masdar News” xəbər saytının, İranın “Mehr” xəbər agentliyinin və “Iran Daily” qəzetinin yaydığı informasiyalarda Prezident İlham Əliyevin mətbuat konfransında bölgədəki mövcud vəziyyət, region ölkələrinin əməkdaşlığı ilə bağlı fikirləri əks olunub.

Qırğızıstanın “Goldenbridgenews” və “Turkeltoday” portalları isə Prezident İlham Əliyevin mətbuat konfransının mətnini tam şəkildə yayıblar.

Gürcüstanın “1tv” kanalı, “Pia”, “Kvira” “Imedi News”, “For”, “Report”, “Aktual”, “Interpress”, “Gaxa”, “Marneulifm” saytları dövlətimizin başçısının mətbuat konfransında səsləndirdiyi fikirləri geniş oxucu auditoriyasına çatdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

İlk dəfə qızından danışdı...

İlk dəfə qızından danışdı...

CNN-in qurucusu Ted Törner vəfat etdi

CNN-in qurucusu Ted Törner vəfat etdi

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Tələbələrdən müəllimlərinə unudulmaz JEST – FOTO/VİDEO

Tələbələrdən müəllimlərinə unudulmaz JESTFOTO/VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Bəzi ərazilərdə QAZ olmayacaq

Bəzi ərazilərdə QAZ olmayacaq

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

ABŞ təklif göndərdi - İran isə hələ CAVAB VERMİR

ABŞ təklif göndərdi - İran isə hələ CAVAB VERMİR

Bu yolda radar nəzarəti gücləndirildi - Yol Polisindən XƏBƏDARLIQ

Bu yolda radar nəzarəti gücləndirildi - Yol Polisindən XƏBƏDARLIQ

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

Kababla ən yaxşı “gedən” spirtli içki növü AÇIQLANDI

Kababla ən yaxşı “gedən” spirtli içki növü AÇIQLANDI

Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

WP: İran ABŞ obyektlərinə rəsmi açıqlanandan daha çox ziyan vurub

WP: İran ABŞ obyektlərinə rəsmi açıqlanandan daha çox ziyan vurub

End of content

No more pages to load

RADİO