Qərbi Azərbaycan İcmasında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilən konfrans keçirilib

Qərbi Azərbaycan İcmasında görkəmli oftalmoloq alim, ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş “Zərifə Əliyeva: mənəvi ucalıqdan doğan işıq” mövzusunda konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov konfransı açdıqdan sonra çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, deputat akademik Əhliman Əmiraslanov Zərifə xanım Əliyevanın həyatının böyük bir hissəsini Azərbaycanda geniş yayılan göz xəstəliklərinin müalicə və profilaktikasına həsr etdiyini, oftalmologiya elminin inkişafına dəyərli töhfələr verdiyini, yüksəkixtisaslı kadrların yetişdirilməsində böyük əməyinin olduğunu bildirib. 

Diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Vurğulanıb ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın alim idi. 

İcmanın Qadınlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə çıxışında Zərifə Əliyevanı bütün ömrü boyu xalqı üçün çalışan həkim, alim olmaqla yanaşı, həm də bir qadın və ana kimi xarakterizə edib.

Bildirib ki, Zərifə xanım nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazının parlaq təcəssümüdür. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın xarakterinin əsas cizgiləridir. 

Milli Məclisin deputatı Məlahət İbrahimqızı görkəmli oftalmoloq alim Zərifə Əliyevanın bütün elmi fəaliyyəti boyu Azərbaycan oftalmologiyasına böyük töhfələr verdiyini, çoxillik fəaliyyəti dövründə ən mürəkkəb əməliyyatlar apardığını, çox sayda insana şəfa verdiyini vurğulayıb.

Bildirilib ki, doğulub boya-başa çatdığı mühitin Zərifə xanımın həyatında böyük rolu olub. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor, Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyevin yolunu davam etdirib. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət Zərifə xanımın həyatında öz əksini tapıb. 
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, tibb elmləri doktoru professor Paşa Qəlbinur Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərinin zəngin və çoxşaxəli olduğunu deyib.

O, Zərifə Əliyevanın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan novator alim olduğunu xüsusi qeyd edib.

Paşa Qəlbinur bildirib ki, Azərbaycanda həmin dövrlərdə traxoma xəstəliyi geniş yayılıb və Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan Vətənə qayıdaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb.
O, elmi axtarışlarının ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub, təklif etdiyi müalicə metodu tezliklə geniş tətbiq olunub və respublikada traxoma bir xəstəlik kimi ləğv edilib.

Professor Paşa Qəlbinur Zərifə Əliyevanın əzmkarlığının bu gün bütün həkimlərə nümunə olduğunu xüsusi vurğulayıb. 

Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO