Ermənistanda türk mənşəli 521 yaşayış məskəninin adı erməni adı ilə dəyişdirilib

İki yüz ildən artıq davam edən müddətdə “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan təcavüzkar erməni millətçiləri və onların havadarları tərəfindən öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı davamlı şəkildə soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilib, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalıb, bir milyondan çox soydaşımız etnik mənsubiyyətinə görə öz doğma yurd-yuvalarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib. 

Onun sözlərinə görə, Errmənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti tarixi ərazilərimizin zəbt edilməsi, mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə məhdudlaşmamış, yaşı min illərlə ölçülən tarixi, dini, mədəni sərvətlərimiz də vandal siyasətinin hədəfinə çevrilib: 

“Xüsusilə də son 30 il ərzində xalqımıza məxsus tarixi abidələr, məscidlər və ziyarətgah yerləri, qəbiristanlıqlar dağıdılıb, şair və yazıçılarımızın, ziyalılarımızın ev muzeyləri talan edilib, büstləri güllələnib, mədəni irsimizə aid əsərlər, klassik ustadların əlyazmaları məhv edilmiş, çox qiymətli əşya və nadir eksponatlar oğurlanıb və Ermənistan ərazisinə daşınmışdır.
Azad edilmiş ərazilərimizdəki 67 məsciddən 65-i tamamilə dağıdılmış, digərləri təhqir edilərək heyvanların saxlama yeri kimi istifadə olunub. 

Azərbaycanlıların bu ərazilərdəki varlığını inkar etmək məqsədi ilə abidələrimizin dağıdılması və məhv edilməsi ilə yanaşı, mədəni irsimizin bir hissəsinin, o cümlədən məscidlərimizin məqsədyönlü şəkildə digər qonşu xalqlara aid edilməsi kimi bədnam saxtakar əməllər də törədilib”. 

Səbinə Əliyeva qeyd edib ki, xalqımıza qarşı törədilmiş ən böyük təxribatlardan biri də Sovet hakimiyyəti illərində Ermənistan ərazisində azərbaycanlılara məxsus toponimlərin erməniləşdirilməsi olub və bu, məqsədyönlü şəkildə icra edilərək o zamankı dövlət rəsmilərinin fəaliyyətində vacib elementə çevrilib: 

“Nəticədə həmin dövrdə indiki Ermənistan ərazisində 521 türk mənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilib. Bu kimi vandal fəaliyyət 30 illik işğal dövründə də davam etdirilmiş, virtual məkanda Azərbaycan adlarının erməni adları ilə əvəz edilməsinə cəhdlər göstərilmişdir. 

Ermənistanın bu cür barbar əməllərdən istifadə etməkdə məqsədi xalqımızın minilliklər boyu yaşadığı qərbi Azərbaycan torpaqlarında, eləcə də Qarabağ və ətraf regionlarda onun tarixi keçmişini, buradakı Azərbaycan izlərini, minilliklər boyu xalqımızın yaratmış olduğu mədəni irsi məhv etmək olub. 
İşğal dövründə Azərbaycanın mədəni, tarixi, dini irsinə dəymiş ziyanın, bütövlükdə məhv edilmiş maddi mədəniyyət nümunələri barədə faktların daim diqqətdə saxlanılması və bu danılmaz faktlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması çox vacibdir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO