““Azərsu”x9d Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”x9dna uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”x9d çərçivəsində Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinin böyük hissəsi yerinə yetirilmişdir.
“Qusar şəhərinin su təchizatı və kanalizasiya sisitemlərinin yenidən qurulması”x9d layihəsi üzrə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19,6 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması hesablanmışdır. Layihə çərçivəsində Qusar rayonunun Balaqusar, Həsənqala, Köhnə Xudat, Çiləgir, Yuxarı Ləyər, Qayakənd, Xuray və Quba rayonunun Çartəpə, Orta Xuç, Aşağı Xuç kəndlərində yaşayan 12 min nəfərin də içməli su təchizatı yaxşılaşdırılacaqdır. Ümumilikdə layihədən 32 min nəfərə yaxın sakin faydalanacaqdır.
Mərhələli şəkildə həyata keçirilən layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılmışdır. Birinci mərhələdə su mənbəyində - Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8813 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilmiş, 17,4 km uzunluğunda magistral su xətti çəkilmişdir. Qusar şəhərini və ətraf kəndləri dayanıqlı su ilə təmin etmək məqsədi ilə hər birinin tutumu 1000 kubmetr olan 3 ədəd su anbarı, 2,8 km uzunluğunda anbarlararası su xətti və yeni xlorator binası inşa olunmuşdur.
Layihənin ikinci mərhələsində Qusar şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılması nəzərdə tutulur. Şəhər üzrə layihələndirilmiş 103 km içməli su şəbəkəsinin 71 km-lik hissəsi inşa edilmiş, 2711 ünvana birləşmə verilmişdir. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır. Layihədə nəzərdə tutulan 106 km kanalizasiya şəbəkəsinin 93 km-lik hissəsində işlər yekunlaşmış, 4685 ünvana ev birləşməsi verilmişdir.
Qusar şəhərində yaranacaq çirkab suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən çirkab sutəmizləyici qurğuda təmizlənəcək. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə inşa edilən kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Bu qurğuda Qusar şəhəri ilə yanaşı, Quba və Xaçmaz şəhərlərinin də tullantı suları təmizlənib zərərsizləşdiriləcəkdir.
Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”x9d çərçivəsində Qusar şəhəri ilə yanaşı, Naftalan, Xaçmaz, Xızı, Qobustan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Hazırda bu şəhərlərdə tikinti-quraşdırma işləri davam etdirilir.