"Azərbaycan psixologiyasında çox biabırçı vəziyyət hökm sürür. Bu gün 3 ay kurs keçənlər konsultasiya keçir".
Bizim.Media xəbər verir ki bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu Rövşən Nəcəfov jurnalistlər üçün keçirilən təlimdə qeyd edib.
Onun sözlərinə görə psixologiya spesifik sahədir:
"Çünki insanın insanın psixikasını pozmaq cinayətdir. Ona görə də psixoloq yanına gedən şəxs və müsahibə almaq istəyən jurnalist ilk növbədə ondan diplomu tələb etməlidir.
Alçina Amilqızı, Bizim.Media