Qərar yoxdursa, Bulvarda çəkiliş niyə QADAĞANDIR? – İdarə SUSUR, hüquqşünas isə “məhkəməyə müraciət edin” DEYİR

Dənizkənarı Bulvar ərazisində çəkiliş aparmaq media nümayəndələrinə yasaqlanıb. Nazirlər Kabineti tərəfindən belə bir qadağa ilə bağlı nə rəsmi qərar, nə də təlimat var. Amma formal olaraq media nümayəndələrinə həmin ərazidə çəkilişə imkan verilmir.

Bulvar İdarəsinin mühafizə xidməti çəkiliş üçün ora yaxınlaşan media nümayəndələrinə yaxınlaşaraq heç bir əsaslandırma gətirmədən çəkilişi dayandırmağı tələb edir və ərazidən kənarlaşdırır. Sadəcə “icazəsiz çəkiliş aparmaq qadağandır”, - deyə bildirirlər.  

Qeyd edək ki, iki gün əvvəl Milli Məclisin deputatı Razı Nurullayevin sözügedən ərazidə müsahibə verməsinə Bulvar İdarəsi rəhbərliyi tərəfindən imkan verilməyib. 

Əslində bu hal ilk deyil. Jurnalistlər illərdir qoyulan bu sistemlə çalışmaq məcburiyyətindədirlər. Ötən il Bizim.Media-nın çəkiliş qrupu Bulvar ərazisində sadə vətəndaşlardan sorğu almaq istəyərkən də eyni hal baş vermişdi və əməkdaşlarımız Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən məkandan uzaqlaşdırılmışdı. 

XXI əsrdə ictimai məkan sayılan Bulvar ərazisində media nümayəndələri üçün absurd tələbin qoyulması gülünc qarşılanıb. Dünyanın heç bir inkişaf etmiş ölkəsində belə bir qadağa olmadığı  halda Azərbaycanda bu addımın atılması media hüququnun pozulması kimi dəyərləndirilib. 

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən hər hansı cavab ala bilmədik. Qurumun mətbuat xidmətinin rəhbəri Könül İmanverdiyeva suallarımıza sadəcə susqunluq nümayiş etdirib. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ələsgər Məmmədli Bulvar İdarəsi rəhbərliyinin bu addımını hüquqazidd davranış adlandırıb:

“İctimaiyyətə açıq bir məkanda, heç bir dövlət sirri mühafizə olunmayan və hərbi komendant rejimi olmayan məkanda belə bir məhdudiyyətin qoyulması doğru deyil. Bulvar İdarəsi adından da göründüyü kimi əhalinin istirahəti  və dincəlməsi üçün dənizkənarı bir yerdir. Bulvar İdarəsi şəhərin təsərrüfatıdır və oranın ayrıca idarəsi hökumətin yalnış xətasıdır.

Ora Bakı şəhər İcra Hakimiyyətinin daxilində ayrıca kommunal  xidmət olmalıdır. Həmin ərazidə istənilən heç bir informasiyaya müdaxilə edilməməlidir. İctimai məkanda informasiya açıqdır. İstisna o haldır ki, ərazidə kimsə əl-ələ gedirsə, onu çəkmək üçün həmin şəxslərin icazəsi lazımdır”. 

Hüquqşünas əlavə edib ki, media nümayəndəsinin Bulvar İdarəsində çəkiliş aparması üçün cavabdeh qurumdan icazə istəməsi qanunsuz olaraq jurnalistin məlumat almaq hüququna məhdudiyyət tətbiq etməkdir: 

“Qanunvericiliyə görə zor tətbiq etməklə nəticələnən hal birbaşa Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə cinayət məsuliyyəti yaradır. Yox əgər zor tətbiq etmə yoxdursa, sadəcə “olmaz” deyib dirənirlərsə, inzibati qanunvericiliyi pozurlar. İnzibati Xətalar Məcəlləsinə görə jurnalistin informasiya alması üzərinə qanunsuz məhdudiyyət qoyma inzibati məsuliyyət yaradır.

Buna görə də istədiyi halda bununla bağlı öncə Ombudsmana, gərək olarsa məhkəməyə müraciət edə bilər və Bulvar idarəsini, eləcə də rəsmi şəxsini məsuliyyətə cəlb edə bilər. Məhkəmədə jurnalistə dəymiş maddi və ya mənəvi zərər varsa, onu da ayrıca tələb edə bilərlər”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta SAXLANILDI

İşlədiyi evdə oğurladığı dollarların yerinə saxtalarını qoyan usta SAXLANILDI

“Qara zolaq” SONA ÇATIR: 3 bürc dekabrın sonunda rahat nəfəs alacaq

“Qara zolaq” SONA ÇATIR: 3 bürc dekabrın sonunda rahat nəfəs alacaq

“Putin Ukraynada seçkiləri nəzarətdə saxlamaq istəyir” - Zelenski

“Putin Ukraynada seçkiləri nəzarətdə saxlamaq istəyir” - Zelenski

Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

Bakıda III Təhsil Menecerləri Forumu keçirildi - FOTO/VİDEO

Nəsimi rayonunda oğurluq edən 4 nəfər SAXLANILDI

Nəsimi rayonunda oğurluq edən 4 nəfər SAXLANILDI

FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu

Magistral yollarda görmə məsafəsi MƏHDUDLAŞACAQ

Magistral yollarda görmə məsafəsi MƏHDUDLAŞACAQ

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq öldü

Goranboyda 13 yaşlı qız dəm qazından boğularaq öldü

ChatGPT istifadəçinin istəyi ilə "şəxsiyyətini" dəyişdirə BİLƏCƏK

ChatGPT istifadəçinin istəyi ilə "şəxsiyyətini" dəyişdirə BİLƏCƏK

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Bakıda məktəbdə qorxulu anlar: Boğulan şagird belə xilas edildi – ANBAAN VİDEO

Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Bu şəhərdə cəmi 18 dəqiqə gündüz OLACAQ

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Ağsuda 14 yaşlı qıza əxlaqsız hərəkət edənlər HƏBS OLUNDU

Türkiyə MN: “Rusiyaya məxsus PUA nəzarətdən çıxaraq ərazilərimizə daxil olub”

Türkiyə MN: “Rusiyaya məxsus PUA nəzarətdən çıxaraq ərazilərimizə daxil olub”

İlk köç karvanı Kərkicahana çatdı, açarlar təqdim olundu – FOTO

İlk köç karvanı Kərkicahana çatdı, açarlar təqdim olundu – FOTO

Coşua blogeri nokauta saldı

Coşua blogeri nokauta saldı

Anatoli Lobotski vəfat etdi - FOTO

Anatoli Lobotski vəfat etdi - FOTO

Xoşqədəm Hidayətqızı KÖVRƏLDİ: “Atam yaşasaydı, zəng edib deyəcəkdi ki…” – VİDEO

Xoşqədəm Hidayətqızı KÖVRƏLDİ: “Atam yaşasaydı, zəng edib deyəcəkdi ki…” – VİDEO

Pirotexniki vasitələr satan 14 nəfər TUTULDU

Pirotexniki vasitələr satan 14 nəfər TUTULDU

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Deputat: “Azərbaycanda boşanmaları azaltmaq üçün qanunu sərtləşdirmək faydasızdır”

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Bu klub “Qarabağ”a növbəti dəfə təklif göndərdi

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Gürcüstan 60-dan artıq azərbaycanlı tələbəyə dövlət təqaüdü AYIRDI

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Tanınmış idmançı qeyri-adi bir sınağa imza atdı – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

Ukrayna Rusiyanın iki "Su-27" qırıcısını vurdu – FOTO

End of content

No more pages to load

RADİO